Banco.az | Tezliklə

Şirkətdə payını satan təsisçi NƏ QƏDƏR VERGİ ÖDƏMƏLİDİR?

Əvvəllər birlikdə şirkət təsis edən dostlar müəyyən səbəblərdən ayrılmaq qərarına gəlirlər. Buna baxmayaraq, şəriklərdən birinin işdən ayrılması rəsmiləşdirilmir. Bütün sənədlərdə hər ikisinin adı təsisçi kimi qeyd edilir. Bir müddət sonra şirkətdə müəyyən borclar, cərimələr yaranır. İşdən ayrılan Elşən Zülfüqarlı şirkətdəki payından imtina etmək məcburiyyətində qalır. Payını şəriki olan dostuna notarial qaydada sataraq şirkəti bütünlüklə ona təhvil verir.

Azərbaycanca

Dünyanın ən zəngin adamlarının var-dövləti azalıb

Avqustun 14-də dünyanın 10 ən zəngin sahibkarı 18 milyard dollaradək zərər görüb.

Bunun səbəbi ABŞ birjalarında fond indekslərinin ucuzlaşması olub. Belə ki, 10 illik xəzinə istiqrazları 2 illik istiqrazlardan daha az gəlir gətirib ki, bu da qarşıdan böyük böhranın gəldiyinə işarədir.

Azərbaycanca

Sənayenin qeyri neft-qaz sektorunda böyük artım

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-iyul aylarında 27,3 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

Azərbaycanca

Azərbaycanda iqtisadi artım sürətlənib - ÜDM-dəki ARTIM AÇIQLANDI

2019-cu ilin yanvar-iyul aylarında ölkədə 44 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 4499,5 manata bərabər olmuşdur.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.

Azərbaycanca

PAŞA Sığorta KASKO müştərilərinə könüllü əmlak sığortasına 50% endirim təklif edir

PAŞA Sığorta şirkəti ölkədə əmlak sığortasının təşviqi məqsədilə “Yay təklifi” adlı endirim kampaniyasına start verir.

Azərbaycanca

Unibank İT və Digital İnnovasiyalar Mərkəzini istifadəyə verib

Unibank 2017-2019-cu illər üçün strateji planındakı “dəyişikliklərin idarə edilməsinə” uyğun olaraq, “İT və Digital İnnovasiyalar Mərkəzi”ni yaradıb.

Baş ofisdə yeni istifadəyə verilmiş İT və Digital İnnovasiyalar Mərkəzinin yaradılmasında məqsəd, ənənəvi bankçılıq sistemindən fərqli və innovativ sistemə keçiddir.

Azərbaycanca

Tramp: Xi ilə yaxın zamanda telefon danışığımız olacaq

ABŞ Prezidenti Donald Tramp, Çinin Dövlət başçısı Xi Jinping ilə "çox yaxın bir zamanda" ticarət məsələləri ilə bağlı telefonda danışacağını bildirib.

Azərbaycanca

Meksika Mərkəzi Bankı 5 il sonra ilk dəfə faiz endirdi

Meksika Mərkəzi Bankı 5 il sonra, iqtisadiyyatındakı durğunluq  və ABŞ-ın faizləri endirməsilə faiz endiriminə gedib.

Faiz endiriminin ardından Peso ucuzlaşıb.

Azərbaycanca

6 bankın əməliyyat mənfəəti artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün bu ilin yanvar-iyun aylarındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub.

Azərbaycanca

Dünyanın 100 ən iri şirkətinin sərmayəsi rekord həddə çatıb

Ötən ilin aprel ayından bu ilin mart ayınadək olan müddət ərzində 100 ən iri şirkətin bazar sərmayəsi 21 trilyon dollar təşkil edərək rekord həddə çatıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »