Banco.az | Tezliklə

Manat əmanəti ən sərfəli olan banklar - Sentyabr 2019

Milli valyutada olan əmanətlərin yerlədirilməsi ilə bağlı mövzu aktuallığını qorumaqda davam edir. Banco.az sərfəli şərtlərlə manat əmanəti yerləşdirə biləcəyiniz bankları araşdırıb, sizə təqdim edir. 

Azərbaycanca

Artıq fermerlərə kiçik həcmli kreditlərin verilməsinə başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bu il Azərbaycanda aqrar sahədə nağd kreditlərin məbləği 15 mln. manatın üzərindədir və təxminən 500 fermer bu kreditlərdən yararlanıb.

Azərbaycanca

Fermerin kredit risklərini və ödəniş qabiliyyətini qiymətləndirən yeni sistem

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi banklar üçün hazırladığı yeni qiymətləndirmə sisteminin təqdimatını keçirib. Təqdimat mərasimində bildirilib ki, bu sistem Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. Sistem aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək.

Azərbaycanca

Aqrar Kredit və İnkişaf Agentliyi 8 aylıq göstəriciləri açıqlayıb

Bu ilin yanvar-avqust aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə 500-dən çox fermerə 15 milyon manat kredit verilib.

Bu barədə qurumun sədri Mirzə Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanca

“Bakı Fond Birjası”nın dövriyyəsi 4% artıb

Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 10 022,897 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.

Azərbaycanca

Ekspert uşaq pullarının verilməsindən danışıb

“Son zamanlar uşaq pullarının bərpa deilməsi məsələsi cəmiyyətdə ciddi müzakirə predmetinə çevrilib. Mətbuat səhifələrində, sosial şəbəkələrdə bu məsələ ilə bağlı çağrışlar səslənir. Bu məsələyə münasibət bildirənlər sırasında uşaq pullarının yalnız demoqrafik problemlərlə üzləşən ölkələrdə (məsələn Rusiya kimi ölkədə) verilməsinin məntiqə uyğunluğunu əsaslandırmağa çalışanlar da tapılır.”

Azərbaycanca

İki sosial paket birlikdə əhalinin 40 faizini əhatə edir

Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən ikinci böyük sosial tədbirlər paketi həyata keçirilməyə başlayır. Həmin paketdə hər bir kateqoriya üzrə əməkhaqqının artırılması nəzərdə tutulur. Bu barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib: “Sentyabrın 1-dən Azərbaycanda minimum əməkhaqqı 250 manat oldu. Bu, əhalinin gəlirlərinin gücləndirilməsi baxımından çox vacib və əhəmiyyətli bir addımdır.

Azərbaycanca

Maliyyə Monitorinqi Xidmətinə yeni direktor təyin olunub

Vergilər Nazirliyinin Maliyyə Monitorinqi Xidmətinə direktor təyin edilib. 

Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə qurumun direktoru Rövşən Nəcəf təyin edilib. Faktı “Report”a hökumətdən təsdiq ediblər.

Azərbaycanca

Aqrar Kredit və İnkişaf Agentliyi banklar üçün yeni qiymətləndirmə sistemi hazırlayıb

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi banklar üçün hazırladığı yeni qiymətləndirmə sisteminin təqdimatını keçirir.

Sistem Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa İttifaqının (Aİ) dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb.

Azərbaycanca

Qazaxıstanda neft-qaz sənayesinə yaxın illərdə qoyulacaq sərmayənin məbləği açıqlanıb

Qazaxıstanın neft-qaz sənayesində qarşıdakı ortamüddətli dövr ərzində ümumi dəyəri 75 milyard dollar olan layihələr həyata keçiriləcək ki, nəticədə 2025-ci ilədək neft hasilatı 105 milyon tona çatdırılacaq. 

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »