Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" Honq Konqun kredit reytinqini "AA +" səviyyəsindən "AA" səviyyəsinə endirib. Proqnoz isə "mənfi"dir.
"Fitch" Honq Konqun kredit reytinqini endirdi
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" Honq Konqun kredit reytinqini "AA +" səviyyəsindən "AA" səviyyəsinə endirib. Proqnoz isə "mənfi"dir.
"Netease Inc" şirkəti Çindəki elektron ticarət şirkəti "Kaola"nı 2 milyard dollar qarşılığında "Alibaba Group Holding"sə satmaq üçün razılaşdığını açıqlayıb.
"Netease" tərəfindən verilən açıqlamaya görə, "Alibaba", "Kaola"nın mövcud marka altında müstəqil şəkildə fəaliyyətlərini davam etdirmək niyyətindədir.
Bu il iyulun 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliklərinin illik dinamikası barədə məlumat verib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev, Yaponiyanın Xarici İşlər nazirinin parlamentar müavini Kenji Yamada, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori dövlətimizin başçısına burada görülən işlər barədə məlumat veriblər.
Azərbaycanın İKT sektorunda 2018-ci ildə yaranmış əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 1,4 faiz təşkil edib ki, bu göstərici də 2017-ci ilin nəticələri ilə müqayisədə 0,1 faiz bəndi azdır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici rabitə sektoru üzrə 2018-ci ildə (2017-ci illə müqayisədə) 0,1 faiz bəndi azalaraq cari ilin yanvarın 1-nə 1,2 faiz təşkil edib.
Milli valyutada olan əmanətlərin yerlədirilməsi ilə bağlı mövzu aktuallığını qorumaqda davam edir. Banco.az sərfəli şərtlərlə manat əmanəti yerləşdirə biləcəyiniz bankları araşdırıb, sizə təqdim edir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bu il Azərbaycanda aqrar sahədə nağd kreditlərin məbləği 15 mln. manatın üzərindədir və təxminən 500 fermer bu kreditlərdən yararlanıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi banklar üçün hazırladığı yeni qiymətləndirmə sisteminin təqdimatını keçirib. Təqdimat mərasimində bildirilib ki, bu sistem Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. Sistem aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək.
Bu ilin yanvar-avqust aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə 500-dən çox fermerə 15 milyon manat kredit verilib.
Bu barədə qurumun sədri Mirzə Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 10 022,897 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.