Banco.az | Tezliklə

Ötən ay Gürcüstan Azərbaycandan 2 min tona yaxın neft bitumu idxal edib

Ötən ay Gürcüstan 27,5 min ton neft bitumu idxal edib.

Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib.

Azərbaycanca

Azərbaycanda təbii qaz qıtlığı varmı? - Ekspert rəyləri

Azərbaycanda qış mövsümü başlananadək ölkənin qaz anbarlarına plandan əlavə 3,2 mlrd kubmetrədək qazın vurulması nəzərdə tutulur.

Bunu açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Azərbaycanca

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı iki dəfə artıb

"İndiyə qədər 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib". Bu fikirləri Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı bildirib. Qeyd edib ki, həmin müəllimlərin dərs yükü norması 1,5 dəfə, əmək haqları 2 dəfə artırılıb: "Təhsil sistemində əməkhaqqının artımı davamlı və sistemli xarakter daşıyır.

Azərbaycanca

Özünüməşğulluq proqramının əhatə dairəsi genişlənir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə “Təlimçilərin təlimi” adlı növbəti proqrama start verib. Nazirlikdən verilən məlumata görə, özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi təlimçilərə olan tələbatı da artırıb. Bununla əlaqədar növbəti proqram yeni peşəkar təlimçilərin hazırlanmasına xidmət edir.

Azərbaycanca

ABŞ neftin qiyməti proqnozlarını aşağı saldı

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) gələn ilə dair neft qiyməti proqnozlarını 3 dollar aşağı salıb.

Azərbaycanca

Gürcüstan Polşa ilə birgə BTQ-ya əlavə yüklər cəlb edəcək

“Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Davit Peradzenin başçılıq etdiyi nümayəndə heyəti Polşaya səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti Krakov şəhərində keçirilən III Nəqliyyat Konfransında iştirak edib.

Azərbaycanca

"Buta Airways"lə hərəkət edən sərnişinlərin sayı 25%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Hava Yolları" QSC (AZAL) 1,4 milyon nəfər sərnişin daşıyıb. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çoxdur. 

Azərbaycanca

Azərbaycanda şirkətlərin sayı 11 faizdən çox artıb

Vergilər Nazirliyinin məlumatına görə, 2019-cu il 1 sentyabr tarixinə respublika üzrə uçotda olan 1.031.164 vergi ödəyicisinin 13,1 faizi hüquqi şəxs və digər təşkilatların payına düşür. Hüquqi qurum şəklində uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb və bunun 99,2 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib.

Azərbaycanca

Azərbaycana əcnəbilərin yarısından çoxu Rusiya və Gürcüstandan gəlib

Avqust ayında Azərbaycana 361 min əcnəbi qonaq gəlib ki, bu da 2018-ci ilin avqustuna nisbətən 42 min və ya 13.2% artım deməkdir.

Dövlət Turizm Agentliyinin yaydığı məlumatda bildirilir ki, səyahət edənlərin ən böyük qismini 9.3% artım və ya 111 min nəfərlə Rusiyadan gələnlər təşkil edib.

Azərbaycanca

Keçmiş hərbi qulluqçular və xüsusi rütbəsi olan polis əməkdaşlarının pensiyaları artırılıb

Müdafiə Nazirliyində xidmət etmiş hərbi qulluqçular və onların ailə üzvlərinin, o cümlədən Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyaları artırılıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »