Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,48 ABŞ dolları, yaxud 2,2% azalıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,66 dollar təşkil edib.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,48 ABŞ dolları, yaxud 2,2% azalıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,66 dollar təşkil edib.
Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin satışı 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-a qədər davam edəcək.
Karyeranızı bank sahəsində qurmaq istəyirsinizsə, o zaman Azər Türk Bank-da elan olunan yeni vakansiyalarla tanış olun:
Daha ətraflı aşağıdakı linklərdə:
Arzu etdiyiniz ölkəyə səfərinizi planlaşdırmaq daha rahatdır, çünki PAŞA Bank Miles&Smiles kartının unikal "Welcome millər" mükafat proqramı ilə milləri daha tez toplayacaqsınız!
Gələn ilin əvvəlindən etibarən Azərbaycanda “blockchain” texnologiyası üzərindən məsafədən bank hesablarının açılması mümkün olacaq. Layihənin fiziki şəxslər üzrə hissəsi artıq tamamlanmaq üzrədir. Hüquqi şəxslərə dair hissəsinin tamamlanmasından sonra layihəyə start veriləcək ki, bunun da 2020-ci ilin əvvəlinə təsadüf edəcəyi gözlənilir.
Avqustda qlobal neft təklifi iyul ayı ilə müqayisədə 830 min barel artaraq sutkada 99 milyon 240 min barel təşkil edib. Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.
Bildirilir ki, ötən ay qeyri-OPEC ölkələrinin neft istehsalı da 700 min barel çoxalaraq sutkalıq 69 milyon 500 min barrel olub.
Çin ABŞ-dan idxal edilən və əlavə rüsumlardan azad ediləcək 16 növ malın siyahısını dərc edib. Bu barədə Çin Dövlət Şurası yanında Tarif və Yığımlar Komitəsinin yaydığı bəyanatda deyilir. Bu qərar sentyabrın 17-dən qüvvəyə minəcək və bir il ərzində qüvvədə olacaq.
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası çərçivəsində kəmərin keçdiyi 97 faiz ərazidə torpaq örtüyü bərpa olunub. Boru kəməri boyunca (Yunanıstan, Albaniya və İtaliyada) torpaq sahələri kənd təsərrüfatı sahəsini bərpa etmək üçün sahiblərinə və istifadəçilərinə qaytarılıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,47 dollar və ya 0,84% artaraq 56,22 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,43 dollar və ya 0,71% artaraq 61,24 dollar təşkil edib.
Bitkoin cüzi bahalaşıb. Son sutka ərzində bitkoin 0.38% bahalaşaraq 10 125 dollar olub.
Son 7 gün ərzində dünyanın ən bahalı kriptovalyutasının qiyməti 9 600 – 11 200 dollar arasında dəyişib.