Banco.az | Tezliklə

Hansı banklar daha çox vergi ödəyir?

2019-cu ilin ikinci rübündə bankların yalnız 9-u dövlət büdcəsinə vergi ödəmişdir. Digər banklar isə cari ildə və əvvəlki illərdə zərərlə üzləşdiyindən vergi ödəməmişdir. Bu banklar II rüb ərzində cəmi 35 milyon manat mənfəət vergisi ödəyib. Bu banklar arasında ən çox vergi ödəyən də II rübdə 73 milyon manat mənfəət qazanan Kapital Bank olub. O, qazandığı bu mənfəətdən 19.7 milyon manatı vergi şəklində dövlət büdcəsinə ödəyib.

Azərbaycanca

Cari ildə sahibkarlara 7,1 milyon manat ixrac təşviqi ödənilib

Bu il sahibkarlara 7 milyon 110 min manat ixrac təşviqi ödənilib. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sentyabrın 26-da keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, indiyədək sahibkarlara ödənilmiş ixrac təşviqinin məbləği 15 milyon manatdan çoxdur.

Azərbaycanca

İndiyədək Neft Fondunun idarəetmə üzrə gəlirləri 6,2 milyard dollar olub

Yaradıldığı gündən bu vaxtadək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) idarəetmədən, yəni fondun sırf fəaliyyətindən asılı olan gəlirləri 6,2 milyard ABŞ dolları təşkil edib. Bu barədə Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Bakıda keçirilən "Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar" adlı konfransda deyib.

Azərbaycanca

Sadələşdirilmiş verginin ödəyicisi

Müəssisə malların topdan satışı ilə məşğuldur və illik dövriyyəsi 100.000 manatdır. Bu halda həmin müəssisə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?

Azərbaycanca

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 faiz artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,9 faiz artaraq 3.381,7 mln. manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2.722,5 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 80,5 faizini təşkil edib.

Apa.az

Azərbaycanca

Bu il 592 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac olunub

Bu ilin 8 ayında ölkədən 592 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,6 faiz çoxdur. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sentyabrın 26-da keçirdiyi mətbuat konfransında deyib: "Yanvar-avqust aylarında emal olunmuş kənd təsərrüfatı məhsullarının ixracı isə 29,5 faiz artaraq 122 milyon dollar təşkil edib".

Azərbaycanca

İnşaat işlərinin 83,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər

Bu ilin yanvar-avqust aylarında paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 66,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7 faizini əsaslı təmir, 5,1 faizini cari təmir, 21,6 faizini isə digər tikinti işləri təşkil edib. Bakı şəhər Statistika İdarəsindən bildirilib ki, hesabat dövründə ümumi inşaat işlərinin 83,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Azərbaycanca

Azərbaycan Prezidenti: "Neft və qaz sahəsindən asılılığın azaldılması əsas prioritetlərimizdəndir"

"Bizim əməkdaşlığımızın çox yaxşı və uğurlu tarixçəsi var. İqtisadiyyatımızın şaxələndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün zəminin yaradılması planlarını nəzərə alaraq gələcək inkişaf üçün də yaxşı perspektivlər mövcuddur". 

Azərbaycanca

“Azərbaycan Kredit Bürosu” gələn il yeni xidmətini istifadəyə verəcək

“Azərbaycan Kredit Bürosu” MMC (AKB) yeni skorinq xidmətinin tətbiqi ilə bağlı layihə həyata keçirir. 

Bu barədə şirkətin açıqlamasında bildirilir.

Azərbaycanca

“PAŞA Həyat Sığorta”nın rəhbərliyinə yeni təyinat gözlənilir

“PAŞA Həyat Sığorta” ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru Fərid Abdullayevin şirkətin İdarə Heyətinə üzv seçiləcəyi gözlənilir.

Bu təyinat üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkil etdiyi attestasiyadan uğurla keçib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »