İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Saatlıda keçirilən işgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,4 milyon manatadək güzəştli kredit verilib. Nazirlikdən verilən məlumata görə, kreditlər heyvandarlıq, bağçılıq, çörək istehsalı müəssisəsinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək.
Güzəştli kreditlərin reallaşdırılması yeni iş yerlərinin açılmasına səbəb olacaq