Banco.az | Tezliklə

Cari ildə Azərbaycanla Çinin ticarət dövriyyəsi 2 dəfə artıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 2 dəfə artıb. Bu barədə İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, ikitərəfli əlaqələrdə ticarət sahəsi mühüm yer tutur. Azərbaycan və Çin arasında ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 2 dəfə artıb.

Azərbaycanca

Ötən ay OPEC üzrə neft hasilatı 1,3 milyon barel azalıb

Sentyabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft istehsalı azalıb. Bu barədə OPEC-in aylıq hesabatında deyilir. Hesabatda qeyd olunur ki, OPEC-in neft hasilatı 1 milyon 318 min barel azalaraq gündəlik 28 milyon 490 min barel təşkil edib. OPEC-in dünya neft hasilatındakı payı isə 29,3 faiz olub. Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Liviya, Anqola və Konqo artırıb.

Azərbaycanca

Növbəti depozit hərracı keçiriləcək - MƏBLƏĞ

14 oktyabr 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

Hibrid hərrac vasitəsilə 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulur. 

Azərbaycanca

“Moody’s” reytinq agentliyi Azərbaycanın maliyyə sektorundakı islahatları müsbət qiymətləndirib

“Moody’s” reytinq agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit Ba2 səviyyəsində təsdiqləyib. Hesabatda qeyd edilir ki, maliyyə sektorundakı islahatlar əhali kütləsinin borc risklərini azaltmaq və kredit verilməsinin bərpasına yönəlmişdir.

Azərbaycanca

Kredit kampaniyasının son 3 günü!

Bildiyiniz kimi, daim müxtəlif kampaniya və aksiyaları ilə müştərilərini sevindirən Expressbank 5 oktyabr “Müəllimlər günü” münasibəti ilə bütün təhsil işçilərinə xüsusi güzəştli kreditlər təqdim edir. Belə ki, 15 oktyabr tarixinədək təhsil işçiləri istənilən Expressbank filialına yaxınlaşaraq zaminsiz və girovsuz əmək haqqının 15 misli qədər nağd pul kreditini komissiyasız əldə edə bilərlər!

Azərbaycanca

“PAŞA Bank kartı ilə ödə, avtomobil qazan!” tirajlı stimullaşdırıcı lotereyanın birinci tirajının uduş fondu oynanıldı

11 oktyabr tarixində “PAŞA Bank kartı ilə ödə, avtomobil qazan!” tirajlı stimullaşdırıcı lotereyanın birinci tirajının uduş fondu oynanıldı.

 Aşağıdakı iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılıb:  

Azərbaycanca

"Biz Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması sahəsində əldə etdiyi tərəqqini alqışlayırıq"

Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Iqtisadiyyat və Özəl Sektorun İnkişafı üzrə vitse-prezidenti Hans Peter Lankesin müsahibəsi:

Azərbaycanın mövcud investisiya mühitini necə qiymətləndirirsiniz?

Azərbaycanca

Funt-sterlinq dollar qarşısında kəskin bahalaşdı

Funt-sterlinq dollar qarşısında Cümə günü əməliyyatlarda 2%-ə yaxın dəyər qazanıb və məzənnə 1.2649-a yüksəlib.  

İngiltərə funt-sterlinqi avro qarşısında May ayından bəri görülən ən yüksək səviyyələrə yüksəlib. 

Azərbaycanca

252 günlük notlara tələb təklifi 4 dəfə üstələyib

11 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50402676S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »