Banco.az | Tezliklə

Azərbaycan və Böyük Britaniya beynəlxalq avtomobil daşımalarına dair ikitərəfli Sazişi müzakirə edib

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə, eyni zamanda, ölkələrimiz arasında bağlanacaq ikitərəfli Sazişin tələblərinin ilkin müzakirəsi ilə bağlı oktyabrın 11-də Bakıda Beynəlxalq Nəqliyyat Forumunun növbəti "Bakı Sessiyası" ərəfəsində ikitərəfli görüş keçirilib.

Azərbaycanca

Turizmin inkişafı üçün MDB məkanında vahid viza rejiminin tətbiqi təklif edilir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev turizmin inkişafı üçün MDB məkanında vahid viza rejiminin tətbiqini təklif edib. Qazaxıstan KİV-ləri xəbər verir ki, Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında çıxış edən Qazaxıstan dövlətinin başçısı bu viza rejiminin "Şengen" nümunəsində yaradılmasını və "Birlik vizası" adlanması təklifini irəli sürüb.

Azərbaycanca

OECD yüz ilin ən böyük vergi islahatına hazırlaşır

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) vergi sisteminin dəyişdirilməsinə dair bir neçə ay ərzində hazırlanmış təklifləri təqdim edib. Diqqət mərkəzində saxladığı əsas məsələ iri texnoloji korporasiyaların fəaliyyəti olan təkliflərin mahiyyəti bundan ibarətdir ki, texnoloji korporasiyalar və digər transmilli şirkətlər öz məhsullarını satdıqları ölkələrdə daha çox vergi ödəsinlər – bu, vergi sığınacaqları vasitəsilə vergidən yayınmanın qarşısını ala bilər.

Azərbaycanca

Azərbaycanda xidmət sektorunun davamlı artım tempi proqnozlaşdırılır

Dünya Bankı Azərbaycanda 2019-2021-ci illər üzrə xidmət sahəsinin artım tempinə dair proqnozlarını açıqlayıb. 2019-cu ildə ölkədə xidmət sektorunun 6,4 faiz artacağı gözlənilir. 2020-ci ildə bu göstəricinin 2,6 faiz, 2021-ci ildə isə 2,8 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Göründüyü kimi, 3 il ərzində Azərbaycanın xidmət sahəsinin orta hesabla hər il 3,9 faiz artacağı gözlənilir.

Azərbaycanca

Daha bir elektron xidmət istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin elektron texnologiyalar üzərində qurulması işləri çərçivəsində növbəti addım kimi, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı da elektronlaşdırılıb. Bununla əlaqədar DOST Agentliyində mətbuat konfransı və yeni elektron sistemin təqdimatı olub.

Azərbaycanca

Sahibkarlığın inkişafı və motivasiya metodları

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlar və menecerlər üçün "Motivasiya-həvəsləndirmə və mükafatlandırma" mövzusunda təlim keçirilib. KOBİA-dan bildirilib ki, təlimdə motivasiya, onun növləri, motivasiya üsul və metodları barədə məlumat verilib, motivasiyanın şirkətin idarə olunmasında və səmərəliliyin artırılmasında əhəmiyyəti vurğulanıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycanca

Azərbaycanın tranzit gəlirləri artır

Cari ilin əvvəlindən bu günədək İranın Hind okeanı sahilində yerləşən Çabahar limanından 131 milyon 650 min ton yük yola salınıb. Bunu Çabahar limanının icraçı direktoru Məcid Məzlumi deyib. O bildirib ki, limandan yola salınan yüklərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artıb. Burada söhbət yalnız İranın ixrac etdiyi yüklərdən deyil, həm də tranzit yüklərdən gedir.

Azərbaycanca

Biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşma

Oktyabrın 11-də Azərbaycan Amerika Ticarət Palatası (AmCham) üzvləri üçün "Biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşma" mövzusunda tədbir təşkil edib. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirə "AmCham"ın təxminən 100 üzvü və tərəfdaşı qatılıb. "AmCham"ın icraçı direktoru Natəvan Məmmədova keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Azərbaycanca

Qızıla investisiya qoyuluşunda yeni rekord

Dünya üzrə investisiya fondlarında saxlanılan qızılın miqdarı sentyabrda 2 min 808 tona çataraq bütün zamanların ən yüksək səviyyətinə çatıb (yeni rekord).

Azərbaycanca

SOCAR Avstriyada biznesini genişləndirməkdə maraqlıdır

Şirkət Avstriyada satın aldığı 80 YDM-i rebredinq edəcək

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »