Banco.az | Tezliklə

Azərbaycan ilə Belarus 145 milyon dollarlıq ticarət əməliyyatları aparıb

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 145,3 milyon ABŞ dolları olub. Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, hesabat dövründə Azərbaycana Belarusdan idxal 129 milyon 821 min dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 15 milyon 514 min dollar təşkil edib.

Azərbaycanca

İlham Əliyev: "Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır"

"Keçən il prezident seçkilərindən sonra mənim andiçmə mərasimindəki çıxışımda demək olar ki, bütün əsas istiqamətlər üzrə hədəflər müəyyənləşdirilibdir. O çıxış proqram xarakterli çıxış idi. O çıxışdan sonra biz əməli addımlara başladıq, islahatları dərinləşdirdik. Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər.

Azərbaycanca

Messinin İngiltərəyə girişi qadağan edilə bilər

İngiltərə mediasında yayılmış xəbərə görə, oktyabr ayının sonunda "Breksit" gerçəkləşərsə və Birləşmiş Krallıq Avropa İttifaqını (Aİ) tərk edərsə, futbol ulduzu Lionel Messinin vergi yayındırmaq cinayətinə görə aldığı cəza səbəbindən hər hansı bir İngiltərə komandası ilə oynamaq üçün ölkəyə girişi qadağan edilə bilər.

Azərbaycanca

Ölkə üzrə pambıq qəbulu məntəqələrinə ötən illə müqayisədə 45,3 faiz çox məhsul təhvil verilib

Oktyabrın 16-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 183 min tondan çox məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,3 faiz çoxdur. Keçən il oktyabrın 16-dək 126 min ton pambıq tədarük olunmuşdu.

Azərbaycanca

Yeni agentlik böhranla üzləşən banklara dəstək verilməsi prosesini asanlaşdıracaq

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən Maliyyə Nazirliyinin səlahiyyətləri artırılıb.

Azərbaycanca

"Dövlət büdcəsində yaranan əlavə xərclər əsaslı vəsait qoyuluşuna yönəldiləcək"

“Artıq icmal büdcənin xərcləri 29,5 milyarda çatır. Bizdə 1,3 milyard əlavə xərclər yaranır. Həmin xərclər də nəzərdə tutulur ki, əsasən dövlət əsaslı vəsait qoyuluşuna yönəldilsin”.

Azərbaycanca

"Dünya Bankı ilə danışıqlar yekunlaşır, hökumətə kredit sazişi təqdim olunacaq"

"Sizin tapşırığınızla Dünya Bankı ilə danışıqlar yekun mərhələdədir. Bu ilin sonunadək hökumətə kredit sazişi layihəsi təqdim olunacaq".

Bunu Oktyabrın 10-da Azərbaycan Prezidentinin yanında keçirilmiş iqtisadi müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. 

Azərbaycanca

Banklarda Dollar və Avronun qiymətləri

Saat 10:10-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.

Azərbaycanca

"Qeyri-neft sektoruna xarici sərmayə az qoyulur, artım o qədər də böyük deyil"

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.

Müşavirədə müzakirə zamanı Prezidenti İlham Əliyev qeyri-neft sektoruna xarici sərmayənin az qoyulduğunu, qeyri-neft sektorunda ümumi artımın o qədər də böyük olmadığını bildirib.

Azərbaycanca

"Əhali üçün önəmli addımlar atılacaq"

"Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq".

Bunu Oktyabrın 15-də keçirilmiş iqtisadi müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »