Elektrik enerjisinin liberallaşdırılması çərçivəsində Azərbaycanda hədəf modelinə əsasən enerjinin istehsalı və nəqli sahəsində 4 şirkət fəaliyyət göstərəcək.
Azərbaycanın elektrik enerjisi bazarına bir sıra şirkətlər daxil olacaq
Elektrik enerjisinin liberallaşdırılması çərçivəsində Azərbaycanda hədəf modelinə əsasən enerjinin istehsalı və nəqli sahəsində 4 şirkət fəaliyyət göstərəcək.
Funt-sterlinq Dollar qarşısında, Böyük Britaniya ilə Avropa İttifaqının (Aİ) Brexit məsələsində razılaşdığı bardə xəbərlərin ardından beş ayın ən yüksək səviyyəsinə qalxıb.
Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası çərçivəsində Azərbaycanla Özbəkistan dəmir yolları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, 9 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 4 milyard 239 milyon 896 min ABŞ dolları, Türkiyəyə 2 milyard 204 milyon 517 min dollar, İsrailə isə 1 milyard 67 milyon 679 min dollar dəyərindədir.
“Amazon”un təsisçisi Ceff Bezosla boşandıqdan sonra Makkenzi Bezos ABŞ-ın və dünyanın ən zəngin qadınlarından birinə çevrildi. Onun haqqında az məlumat mövcuddur: Prinston universitetində ədəbiyyat oxuyub, kitablar yazır. “Amazon”un ilk əməkdaşları qeyd edir ki, şirkətin yeni qurulduğu zamanlar Makkenzi əri ilə çiyin-çiyinə çalışıb.
Cənubi Afrika Respublikasında muzdlu işçi saxlayan bütün sahibkarlar bu vergini ödəmək məcburiyyətindədirlər. Verginin dərəcəsi bütün işçilərin aldıqları əməkhaqqının 1 faizini təşkil edir. Bu verginin tətbiq olunmasında məqsəd işçilərin, xüsusilə də qaradərili əhalinin peşə səriştələrinin inkişaf etdirilməsidir.
Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker, Avropa Birliyi və Böyük Britaniyanın Brexit məsələsində razılığa gəldiyini açıqlayıb.
Juncker, Twitter hesabından verdiyi açıqlamada, "Niyyətin olduğu yerdə saziş də vardır. Bizim də müqaviləmiz var. Müqavilənin təsdiq olunmasını tövsiyə edirəm" bildirib.
Doqquz ayda Azərbaycandan 61 min 773 ton pambıq lifi və 9 min 394 ton pambıq ipliyi ixrac edilib.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac edilən pambıq lifinin dəyəri 86 milyon 747 min, pambıq ipliyinin dəyəri isə 22 milyon 532 min ABŞ dolları olub.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (Bakı Limanı) Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization - ESPO) PERS - "EcoPorts" sertifikatına layiq görülüb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bildirilib ki, Bakı Limanı Xəzər bölgəsində PERS – "EcoPorts" sertifikatı alan ilk liman olub.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 7 milyard 822 milyon 783 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 221 milyon 452 min dollar çoxdur. Doqquz ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 781 milyon 921 min dollar olub.