İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ən çox alkoqollu içki qəbul edən ölkələrin reytinqini dərc edib.
Siyahı hazırlanarkən hər bir ölkədə alkoqollu içkilərin adambaşına düşən istehlakı hesablanıb.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ən çox alkoqollu içki qəbul edən ölkələrin reytinqini dərc edib.
Siyahı hazırlanarkən hər bir ölkədə alkoqollu içkilərin adambaşına düşən istehlakı hesablanıb.
Azərbaycanda ilk dəfə olaraq startap və investorlar üçün onlayn platforma yaradılıb.
Bunu layihənin rəhbəri Emin Sultanov deyib.
“Moody’s” beynəlxalq reytinq agentliyi 142 ölkənin maliyyə dayanıqlığı üzrə proqnozunu endirib.
“Moody’s” 142 dövlətin 2020-ci il üçün maliyyə dayanıqlığı proqnozunu "stabil"dən "neqativ"ə endirib.
Vergi tutulan gəlirin dəqiq hesablanması məqsədilə gəlir və xərclərin uçotunun düzgün aparılması üçün hansı qaydalara əməl olunmalıdır? Mövzunu "BSC konsalting" şirkətinin maliyyə direktoru Arzu Xəlilova şərh edir.
OBA marketlər şəbəkəsi təmizlik vasitələrinə 20%-dək endirimlərin tətbiq olunduğu həftəlik kampaniyaya start verib. Yuyucu toz, qabyuyan maye, ağardıcılar, səth təmizləyici, sabun, diş məcunu və pastası, mətbəx və tualet salfetləri kimi vasitələri bu həftə demək olar ki, maya dəyəri qiymətinə satılır.
.jpg)
“AtaBank” ASC 26-cı il dönümündə ənənəvi əmanət kampaniyasına start verdi. Hər kəsin səbirsizliklə gözlədiyi hədiyyəli əmanət kampaniyası bu dəfə “Yeni ilə iPhone ilə” adı altında başlayır və müştərilərə daha cəlbedici hədiyyələr təklif edir.
Türkiyə parlamentinin Vergi və büdcə komissiyası gələn ildən oteldə bir sutka qalmaq üçün 6 lirədən 18 lirəyədək vergi tutulması təklifini irəli sürüb. Bu təklifə görə, bir həftəlik beşulduzlu otel sifariş verən qonaq Türkiyənin dövlət büdcəsinə təxminən 22 dollar vergi ödəməli olacaq. Bundan əvvəl Maliyyə Nazirliyi gələn ildən otel nömrəsinin qiymətinin 1 faizindən 6 faizinədək vergini otel sahiblərindən tutmağı təklif etmişdi.
Saat 10:30-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.
Kapital Bank ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan Missiyasının birgə təşkilatçılığı ilə 6-8 noyabr tarixlərində ABŞ-ın Oklahoma Siti şəhərində keçirilən Birinci Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunda iştirak edib. Tədbirə Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə assosiasiyaya üzv şirkətlər üçün “Korporativ idarəetmə” və “Korporativ maliyyə” mövzularında təlim keçirilmişdir.