İlk təəssüratın nə qədər önəmli olduğunu çox eşitmişik. Məsələn, ilk gördüyümüz insan bizdə xoş təəssürat oyadıbsa, onun səhv qərar və düşüncələrini qəbul etmirik. Yaxud da, görməzlikdən gəlirik. Başqa bir nümunəyə baxaq. Hər hansı məhsulu aldığımız zaman məhsulun keyfiyyəti bizi qane etmirsə, o məhsulu yenidən almırıq. Hətta həmin mağazaya belə yenidən daxil olmaq istəmirik. İlkin təəssüratın şirkətlər üçün digər forması da onların şüarıdır.
Banklar hansı şüarlardan istifadə edir?