Аzərbaycan əhalisinin sayı açıqlanıb.
Bu ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 63009 nəfər və ya 0,6 faiz artaraq 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 44 min 466 nəfərə çatıb.
Аzərbaycan əhalisinin sayı açıqlanıb.
Bu ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 63009 nəfər və ya 0,6 faiz artaraq 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 44 min 466 nəfərə çatıb.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 6,9 faiz artaraq 46 milyard 706 milyon manat təşkil etmişdir.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2019-cu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 19 milyard 273,9 milyon manat vəsait daxil olmuş, büdcədən 18 milyard 433,6 milyon manat vəsait xərclənmişdir.
Büdcənin icrasında 840,3 milyon manatlıq profisit (artıqlıq) yaranmışdır.
Azərbaycan Mərkəzi Bankı 20 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Noyabrın 20-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Azərbaycanda restoranların dövriyyəsinin 69%-i Bakı şəhərinin payına düşür.
Yanvar-sentyabr aylarında ölkə üzrə restoranların dövriyyəsi 1 milyard 11 milyon manatı keçib. Bunun 755 milyon 612 min manatı Bakı şəhərində qeydə alınıb. Son bir ildə Bakıda restoran dövriyyəsi 6,9% artıb.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin yanvar müqaviləsinin dəyəri 0,11% azalaraq 1 barelə görə 60,84 dollar təşkil edib.
Noyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
Azərbaycanda ödəniş kartlarının funksiyalarına dair tələblər dəyişib.
Bu, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Azərbaycanda “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarında hasilat aparan Kanadanın “Zenith Energy Ltd.” beynəlxalq neft və qaz hasilatı şirkəti oktyabrın 1-nə konsolidə edilmiş rüblük və yarımillik hesabatını açıqlayıb.
Bu ilin yanvar-oktyabr aylarında ölkədən 54 min 16 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub. İxrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 106 milyon 948 min ABŞ dollarıdır.