Banco.az | Tezliklə

Azərbaycanda sement istehsalı azalıb

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 milyon 853,9 min ton sement istehsal edilib.

Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə sement istehsalı 2% azalıb.

Azərbaycanca

Ehtiyatlar artır, ümidlər azalır - NEFT KƏSKİN UCUZLAŞIB

ABŞ-da xam neft ehtiyatlarının artması, ABŞ - Çin ticarət razılaşmasına ümidlərin azalması ilə əlaəqdar olaraq neft qiymətləri düşüb.

Neft qiymətləri Çərşənbə axşamı 3.2% geriləyib. 

Azərbaycanca

Azərbaycanda aqrar sektor 7%-dən çox böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 6 900,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. 

Bu, ötən ilin eyni dövrünə nisbətən 7,2% çoxdur. 

Azərbaycanca

Böyük Britaniya əcnəbilər üçün tibbi vergini artıracaq

Böyük Britaniyanın Nazirlər Kabineti əcnəbilər üçün illik tibbi verginin məbləğini artıraraq 625 funt sterlinqə (800 dollar) çatdırmağı planlaşdırıb. Bu vergi Breksitdən sonra Avropa İttifaqının vətəndaşlarına da şamil ediləcək. "Buraya kənardan gələn vətəndaşlar ölkənin səhiyyə sisteminin əlavə xərclərini qarşılamaq üçün hər il 626 funt sterlinq vergi ödəməlidirlər", - Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab BBC telekanalına müsahibəsində bildirib.

Azərbaycanca

"Moody’s" 2020-ci ildə dünya iqtisadiyyatının inkişafında əsas risk amillərini açıqlayıb

2020-ci ildə dünya iqtisadiyyatının artımı bəzi ölkələrin qeyri-müəyyən ticarət mövqeyi və siyasi ixtilaflar üzündən risklərlə üzləşəcək. Bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyinin dünyada kredit şərtlərinə dair açıqlamasında bildirilir: "Dünya iqtisadiyyatı 2009-cu ilin resesiyasından sonra 2019-cu ildə qeydə alınan ləng böyüməyə qarşı 2020-ci ildə zəif olaraq qalacaq".

Azərbaycanca

Agentliyin İdarə Heyətinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

20 noyabr 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Azərbaycanca

Bakıda "Həyat boyu Müştərilər" mövzusunda beynəlxalq ekspert tərəfindən master-klass keçiriləcək

10 dekabr Bakıda "Həyat boyu Müştərilər" mövzusunda master-klass keçiriləcək. Master-klassın müəllifi və spikeri beynəlxalq ekspert Mixail Safran bu sahədə çoxillik təcrübəyə malikdir.

Azərbaycanca

“Emerging Europe” Azərbaycanda iqtisadi islahatlar modeli barədə yazdı

Nüfuzlu “Emerging Europe” portalı “Uğurlu islahatlar: Azərbaycan modeli” mövzusunda analitik material çap edib. Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar modelindən bəhs olunub.

Azərbaycanca

“Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda konfrans keçiriləcək

Hər il bütün dünyada noyabr ayının üçüncü həftəsi "Qlobal Sahibkarlıq Həftəsi" kimi qeyd olunur. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən bu həftə ərzində silsilə tədbirlər keçirilir.

Azərbaycanca

Sığorta sektorunun xalis mənfəəti artıb

2019-cu ilin birinci yarısında Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 64 milyon 109 min manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 24,5% çoxdur.

Bu barədə maliyyə bazarındakı mənbə məlumat verib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »