Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində indiyədək 1 mlrd. tondan çox müxtəlif yüklər daşınıb. "APA-Economics"in məlumatına görə, bu barədə "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının XIV iclası zamanı TRACECA-nın Baş katibi Mirça Çiopraqa bildirib.
TRACECA ilə indiyədək 1 milyard tondan çox yük daşınıb