SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın “Total” şirkətinin hasilat üzrə prezidenti Arnaud Breuillacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xəzərdə ən dərin quyu qazılıb
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın “Total” şirkətinin hasilat üzrə prezidenti Arnaud Breuillacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu həftə Azərbaycan Mərkəzi Bankı 2019-cu ilin son faiz qərarını ictimaiyyətə açıqlayacaq. Bu qərar Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Banka birləşdirildikdən sonra ilk faiz qərarı olacaqdır.
Bank VTB (Azərbaycan)-ın kollektivi bir gündə 650 min ağacın əkilməsi aksiyasında iştirak edib. Belə ki, Yasamal rayonu icra hakimiyyəti tərəfindən ayrılan ərazidə, bankın əməkdaşları 100-dək ağac əkib. Aksiya Azərbaycan Respublikası Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir-şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilib.
Xiaomi 12 dekabr tarixində Çində, 55 və 65 düym diaqonallı ekrana malik Mi TV 5 Pro televizorlarının satışına başlayacaq.
Çin istehsalçısı yeni nəsil televizorlarının ev bazarında 55 düym diaqonallı ekranı olan cihazı 523 dollar, 65 düymlü versiyanı isə 707 dollar səviyyəsində qiymətləndirib.
Dekabrın 9-na manatın məzənnəsi açıqlanıb.
09.12.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Bank of Baku ölkə başçısı Cənab İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanın icrası çərçivəsində, 15 may 2019-cu il tarixindən etibarən start verdiyi problemli kreditlərin restrukturizasiyasını uğurla davam etdirir.
2019-cu ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
Bakı Fond Birjasında 2019-cu ilin on bir ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 13,005,126,950 manat təşkil etmişdir. 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi 13,551,215,595 olmuşdur.
Sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar olaraq 8 dekabr 2019-cu il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Unibank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanına uyğun olaraq, restrukturizasiya prosesini davam etdirir. İndiyədək bankda restrukturizasiya olunan kreditlərin həcmi 30 milyon manata çatıb.