"IDEA Ictimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə belə bir aksiyanın keçirilməsi çox təqdirəlayiqdir. Bu gün burada minlərlə akasiya ağacı əkildi. Akasiya çox qiymətli, bal verən ağac növü hesab olunur. Ona görə də, belə ağacların əkilməsi arıçılığın inkişafı üçün çox əhəmiyyətlidir. İndiyədək biz öz arı ailələrimizi respublikanın müxtəlif rayonlarına, digər kəndlərə köçürürdük.
"Akasiya ağaclarının əkilməsi arıçılıq üçün çox əhəmiyyətlidir"