Tenderdə iştirak etmək istəyən şirkətlər [email protected] elektron poçtuna və ya daha ətraflı məlumat üçün (+994 55) 201 07 98 nömrəsinəmüraciət edə bilərlər.
Qiymət təklifi ilə zərflərin təqdim edilməsi üçün son tarix 23 aprel 2018-ci ildir.
Tenderdə iştirak etmək istəyən şirkətlər [email protected] elektron poçtuna və ya daha ətraflı məlumat üçün (+994 55) 201 07 98 nömrəsinəmüraciət edə bilərlər.
Qiymət təklifi ilə zərflərin təqdim edilməsi üçün son tarix 23 aprel 2018-ci ildir.
"PAŞA Bank" ASC filialsız banka çevrilmək niyyətindədir.
Bu barədə Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Bakıda keçirilən "I MDB Beynəlxalq Bankçılıq Sərgi-Konfransı"da bildirib.
Ölkə iqtisadiyyatının inkişafında böyük rolu olan sahibkarlara hər zaman yaxından dəstək göstərən Bank of Baku, məhz onlara özəl möhtəşəm kampaniyaya start verir.
Belə ki, kampaniya müddətində biznesini böyütmək istəyən kiçik sahibkarlar, 20.000 AZN-dək mikrokrediti 15% ENDİRİMlə 24 ayadək əldə edə bilərlər.
Bu gün SOCAR İstiqrazları üzrə növbəti faizlər ödənilib. «SOCAR Capital» şirkətindən banco.az-a verilən məlumata əsasən, aprelin 17-də SOCAR İstiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait ödənilib. Bu, istiqrazlar üzrə 6-cı faiz ödənişidir, bununla da SOCAR İstiqrazları sahiblərinin qazancı 7,5 milyon dollara çatıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankı Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə proritet istiqamət kimi müəyyənləşdirilmiş “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icra tədbirlərini davam etdirir.
"Apardığımız təhlillər göstərir ki, bankların heç birində nağd valyuta təlabatını qarşılamamaq halı yoxdur".
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov deyib.
Bu gün Bakıda Rəqəmsal Bankçılıq və Təhlükəsizlik Konfransı (Digital Banking and Security Conference) işinə başlayıb. İki gün davam edəcək tədbirin bank sponsoru "AccessBank"dır. Konfransa Qara Dəniz Ticarət və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, "Visa", "ING Bank", "DenizBank", "UnionPay", "Oracle", "Kaspersky" kimi dünya çapında olan şirkət və təşkilatlar qatılıb.
"Amrahbank" 31 mart 2017-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
Sözügedən dövrdə bankın cəmi kapitalı 198,326 mln. manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 18,1% azdır. Bankın aktivlərinin tərkibində kredit portfeli də 1 il ərzində 22 mln. manat azalaraq 89,550 mln. manata düşüb.
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə görüşü keçirilib.
Azərbaycan Mərkəzi Bankı 17 aprel tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, aprelin 17-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. Avronun məzənnəsi isə 2.1051 manat təşkil edir. Rublun məzənnəsi isə 0.0277 manat olub.