Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
Prezident İlham Əliyev "Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Odessaya uçuşları dayandırıb.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Ukraynadakı nümayəndəliyindən məlumat verilib. Məlumata görə, qış aylarında Odessa istiqamətinə tələbat olmadığından, uçuşlar yay mövsümünə qədər dayandırılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “Marja”ya bildirilib ki, Bakı-Gəncə istiqamətində qatarların hərəkət sürəti artırılıb. Bu səbəbdən noyabrın 24 -dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək.
Hər məhsulun öz qiyməti var. Əmək bazarındakı məhsul isə əmək qüvvəsidir. Aylıq əmək haqqı yalnız əməyin ödənişi deyil, həm də bir növ ixtisas qiymətləndirməsidir.
Sıradan əmək haqqı alan işçidən bahalı mütəxəssisə necə çevrilmək olar?
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı “Aznar QSC-yə” 2019-2020-ci illərüzrə “Sərbəst satış sertifikatı” təqdim edib.
Buraxıldığı gündən bu yana modelin dəyəri təxminən 45 $ azalıb
Huawei smartfonlarının, xüsusilə də yeniliklərin dəyərini fəal şəkildə azaldan şirkətlər arasında deyil, ancaq Honor 20S ilə bağlı bu təcrübə uğursuz alınıb ki, bu da istehlakçıya sərf edir. Doğrudur, hələlik bu endirim yalnız Çində baş verib.
Noyabrın 21-də Mingəşevirin Energetiklər yaşayış massivində Bələdiyyə bazarının açılışı olub.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Fənərbağça” klubuna sponsorluq edəcəkləri ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib.
Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlamasında bu iddianın əsassız olduğunu söyləyib.
2019-cu ilin üçüncü rübündə bankların yalnız 9-u dövlət büdcəsinə vergi ödəyib. Digər banklar isə cari ildə və əvvəlki illərdə zərərlə üzləşdiyindən vergi ödəməmişdir. Bu banklar III rüb ərzində cəmi 55.5 milyon manat mənfəət vergisi ödəyib. Bu da əvvəlki rübə nəzərən 58.6% artım deməkdir. Bu banklar arasında ən çox vergi ödəyən Kapital Bank olub.