Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Moskvada keçirilən X Rusiya – Azərbaycan Regionlararası Forumunda iştirak edib. Forum çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Turizmin İnkişafı Mərkəzi dövlət qurumu ilə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsini və inkişaf etdirilməsini nəzərdə tutan ikitərəfli saziş imzalayıb.
Azərbaycan ilə Rusiya arasında turizm sahəsinin inkişaf etdirilməsinə dair saziş imzalanıb