Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliklərinin illik dinamikası barədə məlumat verib.
3 bank Mərkəzi Banka borcunu tam qaytarıb
Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliklərinin illik dinamikası barədə məlumat verib.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı dünyanın aparıcı konsaltinq və innovativ şirkətlərinin – Microsoft, Visa, A.T.Kearney və PwC - nümayəndələri ilə ayrılıqda görüşərək Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə aparılan islahatlar barədə müzakirələr aparıb.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) aqrar sahədə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi məqsədilə "Rabitəbank"la əməkdaşlıq edəcək.
İran ilə Azərbaycanın iqtisadi əlaqələrini daha da genişləndirmək məqsədilə birgə müştərək sənaye şəhərciyinin inşası barədə razılıq əldə edilib.
Bu sözləri müsahibəsində İranın Sənaye, Ticarət və Mədənlər naziri Rza Rəhmani söyləyib.
Azərbaycanda genişmiqyaslı geoloji kəşfiyyat işlərinin aparılması planlaşdırılır.
Bunu, SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın “Total” şirkətinin hasilat üzrə prezidenti Arnaud Breuillacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu həftə Azərbaycan Mərkəzi Bankı 2019-cu ilin son faiz qərarını ictimaiyyətə açıqlayacaq. Bu qərar Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Banka birləşdirildikdən sonra ilk faiz qərarı olacaqdır.
Bank VTB (Azərbaycan)-ın kollektivi bir gündə 650 min ağacın əkilməsi aksiyasında iştirak edib. Belə ki, Yasamal rayonu icra hakimiyyəti tərəfindən ayrılan ərazidə, bankın əməkdaşları 100-dək ağac əkib. Aksiya Azərbaycan Respublikası Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir-şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilib.
Xiaomi 12 dekabr tarixində Çində, 55 və 65 düym diaqonallı ekrana malik Mi TV 5 Pro televizorlarının satışına başlayacaq.
Çin istehsalçısı yeni nəsil televizorlarının ev bazarında 55 düym diaqonallı ekranı olan cihazı 523 dollar, 65 düymlü versiyanı isə 707 dollar səviyyəsində qiymətləndirib.
Dekabrın 9-na manatın məzənnəsi açıqlanıb.
09.12.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.