Banco.az | Tezliklə

“EY İlin İş Adamı™” 2019-2020 müsabiqəsinə ərizə qəbuluna start verilir

EY Azərbaycan kiçik və orta miqyaslı şirkətləri “EY İlin İş Adamı™” 2019-2020 müsabiqəsində iştiraka dəvət edir.

Azərbaycanca

Azərbaycanda istilik izolyasiya plitələri istehsal ediləcək

Xəbər verdiyimiz kimi Sənaye Məhəlləsində Rusiya investisiyalı “Penopleks SPB” şirkətinin izolyasiya məhsulları istehsalı zavodunun təməli qoyulub. 

Zavodda penopolistirol materialından istilik izolyasiya plitələri istehsal ediləcək. 

Azərbaycanca

Azərbaycanın Gürcüstana yatırdığı sərmayələrin həcmi kəskin azalıb

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında Gürcüstan iqtisadiyyatına 41,8 milyon ABŞ dolları həcmində investisiya yatırıb.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Hesabat dövründə Azərbaycan qonşu ölkəyə ən çox investisiya qoyan ölkələrin ilk 20-liyində yeddinci yeri tutub.

İllik müqayisədə Azərbaycanın Gürcüstanda yatırdığı sərmayələrin həcmində 153,2 milyon dollar və yaxud 78,5% azalma qeydə alınıb.

Azərbaycanca

Adınızın seçici siyahısında olub olmadığını necə yoxlaya bilərsiniz?

Bilirik ki, 23 dekabr tarixində bələdiyyə, 09 fevral 2020-ci il tarixində isə ölkəmizdə parlament seçkiləri keçiriləcək. Hər bir vətəndaş üçün mühüm əhəmiyyət kəsb edən bu hadisənin gedişatı ilə bağlı bir çox sualların yaranacağı qaçılmazdır.

Azərbaycanca

Rusiya şirkətinin Azərbaycanda zavodunun təməli qoyuldu

Bu gün İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsində Rusiya kapitallı "Penoplekst SPB" şirkətinin izolyasiya materiallarının istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Azərbaycanca

Azərbaycanda orqanik gübrə istehsalı fabriki fəaliyyətə başlayır

Hacıqabul Sənaye Məhəlləsində orqanik gübrə istehsalı üzrə ixtisaslaşmış Azərbaycan və Türkiyə kapitallı "AzAgromila" MMC fabriki fəaliyyətə başlayır. 

Bu barədə jurnalistlərə açıqlamasında fabrikin Baş icraçı direktoru Ramazan Karaşahin bildirib. 

Azərbaycanca

“Zabrat”da vertolyotların təmiri mərkəzinin təməli qoyuldu

Bu gün “Zabrat” aeroportunun ərazisində vertolyotların əsaslı təmiri və servisi mərkəzinin təməlqoyma mərasimi keçirilib.

Azərbaycanca

Sabahın rəsmi məzənnəsi

Dekabrın 10-na manatın məzənnəsi açıqlanıb.

10.12.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

 

Azərbaycanca

"Fantastic" MMC şirkəti dövlət qeydiyyatına alındı

Vergilər Nazirliyi "Fantastic" MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 12-c mikrorayon, ev 29, mənzil 46,  nizamnamə kapitalı 174 192 manat, qanuni təmsilçisi isə Orxan Müşfiq oğlu Tağıyevdir.

Azərbaycanca

Bu rayon Azərbaycana maral əti ixrac etməyi planlaşdırır

Taymır rayonu Azərbaycana maral əti ixrac etməyi planlaşdırır.

Bu məsələ Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussa ilə Taymır Dolqan-Nenes muxtar rayonunun rəhbəri Yevgeni Verşinin ilə görüş zamanı müzakirə olunub. Bu barədə qubernatorun saytı məlumat verir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »