Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin noyabr ayı ərzində 539,81 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə "Marja"ya Fonddan bildirilib.
Neft Fondu hərraclarda satdığı dolların məbləğini açıqladı
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin noyabr ayı ərzində 539,81 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə "Marja"ya Fonddan bildirilib.
İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzi və Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası birgə həyata keçirdikləri qrant müsabiqəsinə dair QHT-lərlə görüş təşkil olunub. Görüşdə hər iki qurumun nümayəndələri, eləcədə elan olunan mövzular üzrə ixtisaslaşmış QHT-lərin təmsilçiləri iştirak edib.
Dekabrın 3-də Bakı Ekspo Mərkəzində öz işinə başlamış 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar ("Bakutel") Sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilk dəfə olaraq "KOB Virtual Müəssisə"ni təqdim edir.
Bank VTB (Azərbaycan) ASC «CiscoIronPort » lisenziyasının alınması ilə TENDER ELAN EDİR
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı Bakı şəhərində keçirilən və Xəzər bölgəsindəki ən böyük İT sərgisi olan “Bakutel” sərgisində səyyar xidmət mərkəzi” ilə təmsil olunur. Qeyd edək ki, netvorkinq və işgüzar əməkdaşlıqların qurulması üçün unikal məkan olan “Bakutel” sərgisində dünyanın 30–dək ölkəsindən 200-dən artıq şirkət iştirak edir.
AccessBank 2020-ci ili ətraf mühitin qorunmasına həsr edəcəyini elan edir.Belə ki, ətraf mühitin qorunması tədbirləri bankın fəaliyyətinin bütün istiqamətlərini əhatə edəcək və “Təbiəti qorumaq təbiətimizdədir!” şüarı altında həyata keçiriləcək.
03 dekabr 2019-cu il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
"Gələn ildən Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içkilər, tütün məmulatları, energetik (spirtli və spirtsiz) içkilər, elektron siqaretlər üçün maye kimi aksizli mallara tətbiq edilən vergi dərəcələrinin artımı nə istehlakçıların xərclərinə, nədə istehsalçıların istehsal həcminə əhəmiyyətli dərəcədə təsir etməyəcək".
Azərbaycanda iki qanun ləğv edilib.
“İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların ləğv edilməsi barədə qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb.
Azərbaycanda POS-terminalların quraşdırılmaması və ya quraşdırıldığı halda istehlakçıya tətbiq etməkdən imtina edilməsi hallarına görə 2020-ci il yanvarın 1-dən maliyyə sanksiyalarının tətbiq olunacağı nəzərdə tutulub.