Banco.az | Tezliklə

Valyuta hərracı keçirildi

09 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Marja Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 55 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Azərbaycanca

AGBank Mərkəzi Bankın və İpoteka Fondunun koronovirusla bağlı tətbiq etdiyi güzəştlərə qoşuldu

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması ilə bağlı bankımıza məxsus olan və müddəti cari ilin mart, aprel və may aylarında başa çatan ödəniş kartlarının istifadə müddəti 31.07.2020-ci il tarixinədək uzadılmış və müştərilərin banka gələrək kartlarının müddətinin uzadılmasına ehtiyac qalmamışdır.

Azərbaycanca

WhatsApp koronavirusla bağlı yeni təhlükəsizlik tədbiri görüb

Facebook koronavirus pandemiyası ilə bağlı yayılan zərərli informasiyaların qarşını almaq üçün yanıldıcı reklamları təqribən bir ay əvvəl qadağan etmişdi. Facebook şirkətinin xidmətlərindən biri olan WhatsApp da koronavirusla bağlı əsassız xəbərlərin yayılmasının qarşısını almaq üçün yeni tədbir görməyə hazırlaşır.

Azərbaycanca

Kapital Bank biznesə başlamaq üçün 15 nəfərə dəstək göstərib

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində növbəti layihənin icrasına başlayıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna qoşulub.

Azərbaycanca

İşsizlər üçün birdəfəlik ödəmələrin kimlərə veriləcəyi açıqlandı

İşsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ailədə əmək qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan övladlara da veriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 

Azərbaycanca

Səudiyyə Ərəbistanı Avropadakı neft-qaz şirkətlərinin səhmlərini alır

Səudiyyə Ərəbistanı Suveren Fondu (Public Investment Fund, PIF) Avropanın neft-qaz şirkətlərində səhm paketləri almağa başlayıb.

Bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən yazıb.

Azərbaycanca

Netflix karantin günlərində faydalı olacaq iki yeni funksiya elan etdi

Amerikanın striminq video xidməti “Netflix” valideyn nəzarəti və PIN kod ilə profilləri bağlamaq funksiyalarını elan edib.

Azərbaycanca

Mərkəzi Bank kredit borclarının dondurulmasını müzakirə edir

Milli Məclisin iclasında xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulması təklif edilib.

Bu təkliflə Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edib.

Azərbaycanca

“Atasığorta” səhmdarına hesabat verəcək

Mayın 8-də, saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən baş ofisində olacaq.

Azərbaycanca

"Azərbaycanın xarici borcu ÜDM-nin 18,9%-ni təşkil edib"

"2019-cu ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib və illik inflyasiyanın minimal səviyyəsi 2,6% təşkil edib".

Bunu baş nazir Əli Əsədov Milli Məclisdə, hökumətin hesabatını təqdim edərkən deyib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »