Banco.az | Tezliklə

"Pandemiya ərzaq, dərman, tütün və spirtli içki istehsalına təsir etməyib"

"Koronavirus (COVID-19) pandemiyası sənaye sektorunu əhatə etsə də, ərzaq, dərman, tütün və spirtli içki istehsalına təsir etməyib"

Bunu Real TV-nin efirində İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov deyib. 

Azərbaycanca

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi onlayn rejimdə fiziki və hüquqi şəxslərə xidmət göstərir

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 2020-ci ilin aprel ayında da fiziki və hüquqi şəxslərə onlayn qaydada xidmət göstərir.

Azərbaycanca

İqtisadiyyat Nazirliyində maliyyə dəstəyi ilə bağlı İşçi Qrupu yaradılıb

Koronavirus (COVID-19) pandemiyasının ölkənin biznes mühitinə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaq, iqtisadi artımın davam etməsinə dəstək məqsədilə fəaliyyəti müvəqqəti dayandırılmış sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqı ödənişləri və fərdi sahibkarlara dəymiş zərərin müəyyən hissəsinin dövlət hesabına qarşılanması üçün maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.

Azərbaycanca

Karantin günlərində izləyə biləcəyiniz ən bəyənilən Netflix serialları

Demək olar ki, dünyanın hər yerində insanlar evdə qalmalı olduqları bu günlərdə vaxtlarını müxtəlif formada səmərəli keçirməyə çalışırlar. Hətta evdən işləməli olanların belə vaxt ayırmağa çalışdığı fəaliyyət isə şübhəsiz ki, gündəmdə olan serial və filmləri izləməkdir. Son illərdə olduqca populyarlaşan Netflix platforması da xüsusilə öz istehsalı olan serial və filmlərlə karantin günlərində ən çox üstünlük verilən seçimlərdən birinə çevrilib.

Azərbaycanca

İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

14 aprel 2020-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

Azərbaycanca

Mərkəzi Bank dəstək verən bankların adlarını açıqladı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü özünüməşğulluq proqramının genişləndirilməsi işlərində bankların da iştirakına şərait yaradıb.

Azərbaycanca

Ən çox evdə qalan ölkələr hansıdır?

İnsanların sosial məsafə saxlamağa və evdən çıxmamağa çağırıldığı bu dönəmdə Google onların hərəkət aktivliklərini göstərən hesabat açıqlayıb.

Azərbaycanca

İctimai nəqliyyatın fəaliyyəti yenidən - MƏHDUDLAŞDIRILACAQ

“İctimai nəqliyyatın və sərnişindaşınma ilə bağlı fəaliyyət planı hazırlanıb və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edilib”.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi jurnalistlərlə keçirilən onlayn mətbuat konfrasnında bildirib.

Azərbaycanca

Bu gün daha 4 rayon üzrə pensiyalar hesablara köçürüldü

"Bu gün daha 4 rayon - Bakının Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiya ödənişi həyata keçirildi. Həmin rayonlar üzrə 82 734 pensiyaçının hesablarına aprel ayının pensiyaları köçürülüb".

Azərbaycanca

Karantin qaydalarına zidd olan icazələrin ləğvinə başlanıldı

Bu gündən karantin rejimi qaydalarına zidd olan icazələrin portaldan avtomatik rejimdə ləğv edilməsinə başlanılıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »