Banco.az | Tezliklə

Gözlər bu həftə nəhəng mərkəzi banklarda olacaq

İqtisadiyyatların koronavirus pandemiyası səbəbilə dayanma nöqtəsinə gəldiyi bu həftədə gözlər Fed və AMB-yə çevrilib

Azərbaycanca

Bu sığorta şirkətlərinin xərcləri artıb

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 8-nin ötənilki xərcləri illik müqayisədə az olub.

Azərbaycanca

Azərbaycan neftinin son qiyməti

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,35 ABŞ dolları azalaraq 16,25 dollar təşkil edib.

Azərbaycanca

“Kapital Bank” səhmdarlarına bir qədər də dividend ödəyəcək

İyunun 2-də, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq Bankın baş ofisinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanındakı inzibati binasında olacaq.

Azərbaycanca

Koronavirus maşın bazarına necə təsir edib?

Koronavirus pandemiyası Azərbaycanda həm ənənəvi avtomobil bazarında, həm də onlayn avtomobil satışlarında aktivliyi demək olar ki, sıfıra salıb.

Bu barədə açıqlamasında əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.

V.Hüseynov bildirib ki, koronavirus iqtisadiyyatın bütün sahələrinə təsir göstərib:

Azərbaycanca

Dəyişikliklərlə bağlı vergi ödəyiciləri nələrə diqqət yetirməlidirlər?

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillər üzrə təklif olunan dəyişikliklər layihəsi ilə bağlı sahibkarlar nəyə diqqət yetirməlidir? Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Azərbaycanca

Koronavirus pandemiyası və startap ekosistemi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan portalının meneceri Oruc Dursunzadənin şərhi

Azərbaycanca

«Yapı Kredi Bank Azərbaycan» QSC-nin 2020-ci ilin 1-ci rübü üzrə maliyyə göstəriciləri açıqlandı

Bankın cəmi balans kapitalında keçən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilib. Belə ki, bankın cəmi balans kapitalı  ötən dövrlə müayisədə artaraq 80  milyon 393 min manata çatıb və verilmiş kreditlər üzrə sağlamlaşdırma siyasətini gücləndirmək məqsədi ilə hesabat tarixinə ehtimal edilən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 44 milyon manat təşkil edir.

Azərbaycanca

Bu günün rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

2020-ci ilin aprelin 28-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 avronun məzənnəsi 1,8394 manat, Rusiya rublu 0,0228 manat, 1 türk lirəsi isə 0,2431 manat səviyyəsində müəyyənləşib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »