Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi 7 səviyyəsindən aşağı düşüb.
Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi 7 səviyyəsindən aşağı düşüb.
Fiskal ID – malın sürətli məlumat kodu olaraq xüsusi qurğular vasitəsilə oxuna bilən QR kod və ya çek üzərində nəzarət mexanizmi qurğusu tərəfindən formalaşdırılan 12 simvoldan ibarət unikal identifikatordu. Fiskal ID yeni nəsil çek formalarının üzərində çap olunması zəruri olan məlumatdır.
Azərbaycan Prezidenti İlham Əliyevin “Biz Birlikdə Güclüyük!” çağırışına əsasən Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvü olan Bank Olmayan Kredit Təşkilatları (BOKT-lar) koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrə və yaşı 65-də yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq yardımları ediblər.
Bakıda daşınmaz əmlak bazarında aktivlik olmasa da qiymət dəyişiklikləri baş verib.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) gələn il Azərbaycan iqtisadiyyatının 3% artacağını proqnozlaşdırır.
Bankın "Regional Economic Prospects" adlı hesabatının may buraxılışına istinadən verdiyi məlumata görə, bu il isə ölkədə ÜDM istehsalı 3% azalacaq.
Kriptovalyutaların bu günə olan qiymətlərini sizə təqdim edirik.
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) proqnozlarına əsasən, bu il "Brent" markalı neftin qiyməti orta hesabla 34 ABŞ dolları (bir barel üçün) təşkil edəcək. Bu, EAI tərəfindən verilən aprel proqnozu ilə müqayisədə 1 dollar azdır.
Ötən il bu göstərici 64 dollara bərabər olub.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2020-ci ilin mayın 13-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 avronun məzənnəsi 1,8437 manat, 1 türk lirəsi 0,2431 manat, Rusiya rublu isə 0,0231 manat civarında müəyyənləşib.
Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaşların banklardan şikayətlərini cavablandırmaq üçün yeni qaynar xəttini işə salıb.
2020-ci ilin əvvəllərindən dünya valyutaları pandemiya fonunda ciddi geriləmə nümayiş etdirib.
Ən çox ucuzlaşma Türkiyə lirəsini izləyir. Belə ki, lirə yanvar ayının 1-dən mayın 10-na qədər olan müddətdə türk lirəsi 19,2% dəyər itirib. Əksinə, yapon ienası isə dollara qarşı 1,93% möhkəmlənərək ən etibarlı valyuta adını qazanıb.