Son dövrlər Azərbaycan Beynəlxalq Bankı innovasiyalar sahəsində bir sıra maraqlı layihələr həyata keçirməkdədir. Bank ən yaxşı rəqəmsal təcrübə ilə tanınmağı özünün strateji hədəflərindən elan edib. Bu isə, təbii ki, digər zəruri addımlarla yanaşı, həm də informasiya texnologiyaları sahəsində əsl peşəkarları cəlb etməklə mümkündür. Bankın informasiya texnologiyaları üzrə Baş direktoru Nihat Şenyuva ilə söhbətimiz də elə bu mövzudadır...
“Azərbaycan Beynəlxalq Bankında informasiya texnologiyaları mütəxəssisləri üçün çox uyğun şərait var”