Banco.az | Tezliklə

Logistika sahəsində tanınmış şirkət məzun və tələbələri işə qəbul etdi

24 avqust 2020-ci il tarixindən etibarən “166 Logistika Akademiyası” 2020 yay təcrübə proqramına start verilib. Seçim mərhələsində iştirak etmiş 350 nəfərdən 41 nəfər bu mərhələləri uğurla keçərək “166 Yükdaşıma və Logistika” şirkətində 3 aylıq ödənişli (şirkət tərəfindən ödəniş olunaraq) təcrübə proqramına qatılmaq imkanı əldə ediblər.

Azərbaycanca

Azərbaycan bu il Türkiyəyə ən çox qaz ixrac edən ölkə olub

Türkiyə bu ilin ilk yarısında miqdar ifadəsində ən çox təbii qazı – 5 444,099 mln. kubmetr – Azərbaycandan idxal edib.

Azərbaycandan alınan qazın miqdarı ötən illə müqayisədə 23,4% artıb. Müsbət dinamikaya Trans- Anadolu Qaz Boru Kəmərindən qaz miqdarının artması da təsir edib.

Azərbaycanca

Fiziki şəxslərə ödənilən dividendlərlə bağlı vergi güzəştləri

Fiziki şəxslərə ödənilən dividendlərlə bağlı vergi güzəştləri və azadolmalar Vergi Məcəlləsinin 102-ci maddəsi ilə tənzimlənir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Məsələyə tam aydınlıq gətirmək üçün 102.1.22-ci maddəyə nəzər yetirməliyik.

Azərbaycanca

Paytaxtda kirayə mənzillər ucuzlaşıb

Bakıda ötən ay ərzində mənzillərin kirayəsi bazarında qiymətlər ucuzlaşıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, iyul ayında ucuz mənzillərin kirayə qiyməti 5.76 faiz, orta mənzillərin 3.69 faiz, bahalı mənzillərin isə 7.93 faiz ucuzlaışb.

Azərbaycanca

Azərbaycan neftinin son qiyməti

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,34 ABŞ dolları və ya 3,03% artaraq 45,48 dollar təşkil edib.

Azərbaycanca

Dünyadakı ən varlı banklar hansı ölkələrə məxsusdur?

Banklar əmanətlərin idarə edilməsi, borc vermə, valyuta mübadiləsi və investisiya bankçılığı da daxil olmaqla geniş xidmətlər təqdim edən maliyyə qurumlarıdır. Kommersiya bankının tərifi son bir neçə onillikdə kəskin şəkildə inkişaf etmişdir. Bu gün iri banklar fərdi müştəriləri və həm böyük, həm də kiçik şirkətləri əhatə edən ənənəvi müştərilərinə xidmət göstərməkdədirlər.

Azərbaycanca

Günün rəsmi məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

2020-ci ilin avqustun 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 avronun məzənnəsi 2,0080 manat, Rusiya rublu  0,0228 manat, 1 türk lirəsi isə 0,2304 manat civarında müəyyənləşib.

Azərbaycanca

Bu ölkədə sentyabrın 1-dən karantin ləğv ediləcək

Kolumbiya hakimiyyəti avqustun 31-də başa çatacaq karantini uzatmamaq qərarına gəlib.

Bunu ölkə prezidenti İvan Duke Boqotada çıxışı zamanı bəyan edib.

Azərbaycanca

Bankların kredit portfelinin həcmi necə dəyişib?

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (2 204,031 milyon manat), "Kapital Bank" (1 875,584 milyon manat), "PAŞA Bank" (1 852,001 milyon manat) və "Xalq Bank"dır (1 533,881 milyon manat).

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »