Ölkənin aparıcı korporativ bankı PAŞA Bank Azərbaycanda ilk dəfə olaraq “Eksport Faktorinq” məhsulu vasitəsilə maliyyələşmə sövdələşməsini həyata keçirmişdir.
PAŞA Bank ilk Eksport Faktorinq sövdələşməsinə imza atdı
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank Azərbaycanda ilk dəfə olaraq “Eksport Faktorinq” məhsulu vasitəsilə maliyyələşmə sövdələşməsini həyata keçirmişdir.
Məlum olduğu kimi artıq ölkə ərazisində iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar və ictimai iaşə məkanları istisna olmaqla), ictimai iaşə məkanlarının, eləcə də restoran, kafe və çay evlərinin (bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklərin, məclislərin təşkili istisna olmaqla) fəaliyyəti bərpa olunub (müvafiq sahələrdə vaxt məhdudiyyəti tətbiq edilməklə).
3 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
"Ziraat Bank Azərbaycan" ASC, pandemiya dövründə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və iqtisadi subyektlərin bu xidmətlər üzrə xərclərinin azaldılması məqsədilə AZİPS və XÖHKS sistemləri üzrə bütün müştərilərə (fiziki və hüquqi şəxslər) göstərilən ödəniş xidmətləri üzrə tarifləri 30.09.2020-ci il tarixinədək 50% endirmişdir.
Bu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC 16,6 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon ABŞ dolları və yaxud 27,2% çoxdur.
Koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayında qeyd edilib.
Bu ilin yanvar-aprel ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqinə düşən şirkətlərin sayı məlum olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayında qeyd edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayı təqdim edilib. 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 549 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-aprel ayları ərzində koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində qeyri-neft sektoru üzrə ixrac 5,8 faiz azalıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.
İyunun 1-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 716,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil edib.
Apple-ın əməkdaşı Deli Bhavuk Cayn şirkətin avtorizasiya sistemində boşluq aşkarlayıb. Boşluq fırıldaqçılara istifadəçi hesablarına daxil olmağa imkan verib.
“Apple ilə giriş” funksiyası keçən il işə salınıb. Funksiyanın əsas məqsədi məxfiliyi qorumaqdır.