Müəllif:Mehin Qasımova,Banco.az
Avropa Statistika İdarəsi (Eurostat) 2025-ci il üçün Aİ üzv ölkələrində gecələyən turistlərin ümumi sayı barədə məlumatları dərc edib.
Banco.az xəbər verir ki, ötən il Aİ ölkələrində gecələyən turistlərin sayı əvvəlki illə müqayisədə 2 faiz artaraq 61,5 milyon və ya 3,08 milyard nəfərə çatıb. Beləliklə, ötən il Aİ ölkələrində turizm obyektlərində gecələmə rekord sayda qeydə alınıb.
Aİ-də turist səfərlərinin 49%-i beynəlxalq, 51%-i isə yerli turistlər tərəfindən həyata keçirilib.
Qonaqların 63%-i otellərdə və oxşar yaşayış yerlərində, 24%-i tətil evləri kimi qısamüddətli yaşayış yerlərində və 13%-i düşərgə yerlərində olub.
