Amerikadan gətirilən avtomobillərin VİN kodu silinir.
Banco.az xəbər verir ki, ABŞ hərraclarından idxal edilən avtomobillər son illərdə Azərbaycan bazarında geniş yayılıb. Lakin mütəxəssislər deyirlər ki, bəzi avtomobillər satışa çıxarılmazdan əvvəl onların VİN kodları üzərində dəyişiklik edilir və ya məlumatlar silinir. Nəticədə avtomobilin real tarixçəsini müəyyənləşdirmək çətinləşir.
