"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat olub.
Bu barədə təkrarsığorta şirkətindən bildirilib. Məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının keçmiş sədri Orxan Bayramov təkrarsığorta şirkətinin Direktorlar Şurasının müstəqil üzvü təyin edilib. O bu vəzifədə keçmiş bankir Asim Salamovu əvəzləyib.
