İpoteka və Kredit Zəmanət Fondu (IKZF) xətti ilə 2026-cı ilin yanvar-iyun aylarında müvəkkil banklar tərəfindən 226,3 milyon manat məbləğində 2242 ipoteka krediti verilib.
Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib
İpoteka və Kredit Zəmanət Fondu (IKZF) xətti ilə 2026-cı ilin yanvar-iyun aylarında müvəkkil banklar tərəfindən 226,3 milyon manat məbləğində 2242 ipoteka krediti verilib.
Bu il iyulun 1-nə Azərbaycanda 1 713 937 vergi ödəyicisi olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.
Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 5,1 % çoxdur.
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin ilk altı ayı ərzində marşrut şəbəkəsinin genişləndirilməsi, donanmanın yeni nəsil hava gəmiləri ilə gücləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq tərəfdaşlıqların artırılması istiqamətində fəaliyyətini davam etdirib.
Ölkənin birinci bankı vəsaitini dəyərləndirmək istəyənlər üçün yeni investisiya imkanı yaradır. Kapital Bank fond bazarına ümumi həcmi 100 milyon manat olan istiqraz proqramının ilk 50 milyon manatlıq tranşını təqdim edir. İllik 10% gəlirlilik, aylıq faiz ödənişi və 100 manatdan başlayan investisiya imkanı verən istiqrazlar həm təcrübəli investorlar, həm də investisiyaya ilk dəfə başlamaq istəyənlər üçün uğurlu seçimdir.
Müştəri təcrübəsini daha da təkmilləşdirmək və maliyyə xidmətlərinə əlçatanlığı artırmaq məqsədilə ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank yeni təşəbbüslərini davam etdirir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Müəllif:Mehin Qasımova,Banco.az
Almaniyanın lüks avtomobil istehsalçısı Porsche AG-nin qlobal avtomobil tədarükləri 2026-cı ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 16% azalaraq son altı ilin ən aşağı səviyyəsinə enib.
PAŞA Sığorta könüllü tibbi sığorta çərçivəsində müxtəlif sahələrdə çalışan əməkdaşların müayinə və müalicə xərclərini qarşılayıb. Belə ki, 2026-cı ilin ilk altı ayı ərzində tibbi xidmətlər üzrə 4 191 131 AZN məbləğində xərcləri ödənilib.
Ödənilən məbləğə ambulator və stasionar müalicə, laborator müayinələr, diaqnostik xidmətlər, həkim konsultasiyaları və digər tibbi xidmətlər daxildir.
Müəllif:Mehin Qasımova,Banco.az
Çin hökumətinin ölkənin aparıcı süni intellekt şirkətlərinə Nvidia-nın H200 çiplərini məhdud sayda almağa icazə verməyi planlaşdırdığı bildirilir.
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) bu ilin iyun ayı üzrə açıqladığı avtomobil indeksi ölkənin avtomobil bazarında qiymət sabitliyinin qorunduğunu, eyni zamanda bazarın strukturunda yenilənmə meyillərinin gücləndiyini göstərir.