Expressbank ASC ilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi arasında sahibkarlığın inkişafına yönəlmiş tərəfdaşlıq memorandumu imzalanıb. Əməkdaşlığın əsas məqsədi gözəllik sektorunda fəaliyyət göstərən sahibkarların dəstəklənməsi, onların biznes imkanlarının genişləndirilməsi və maliyyə savadlılığının artırılmasıdır.
Expressbank və GXSSD İctimai Birliyi arasında tərəfdaşlıq memorandumu imzalanıb