Pakistan İslam Respublikasının prezidenti Arif Alvi bu gün Bakıda prezident İlham Əliyevlə görüşdə Pakistanın Qvadar limanında neft emalı müəssisəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif edib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
iPhone 11 yeni REKORD ƏLDƏ EDİB
İl ərzində satış artımı 30% təşkil edib
Ötən həftənin sonunda Cənubi Koreya ərazisində iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max smartfonları satışa çıxarılıb.
Azərbaycan nefti bahalaşıb
Ötən həftə ərzində (21-25 oktyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 1,39 ABŞ dolları və ya 2,21% artaraq orta hesabla 64,6 dollara bərabər olub.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmi açıqlanıb
İki il əvvəl istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ) vasitəsilə ötən müddət ərzində 275 min ton yük daşınıb. Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan Anadolu Agentliyinə açıqlamasında bildirib.
1000 dollar ilə maksimum 30 min dollarlıq əməliyyata icazə veriləcək - YENİ QAYDALAR
Xəbər verdiymiz kimi, Maliyyə Bazarlarına Nəzarət Paltası “Marja ticarətinə dair Qaydalar”ın təsdiq edib. Azərbaycanda marja ticarətinə daha çox foreks (forex) əməliyyatları deyilir.
Qaydalarda ilk dəfə fərq müqavilələri ilə marja ticarəti üzrə maksimum hədlər müəyyən edilib.
Səudiyyə Ərəbistanında qəlyan üçün 100 faizlik vergi tətbiq olunub
Səudiyyə Ərəbistanında qəlyan xidməti göstərən restoranlarda müştərilərə verilən hesabda verginin dərəcəsi 100 faiz artırılıb. Əhali arasında çaşqınlıq yaradan bu qərar sosial mediada böyük etirazla qarşılanıb.
Son islahatlar ölkədə iqtisadi inkişafın yeni mərhələyə keçməsinin göstəricisidir
Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə ölkədə aparılan son iqtisadi islahatlar və onların nəticələrindən geniş bəhs edib. Görüş zamanı qaldırılan məsələlər ictimaiyyətin diqqət mərkəzindədir.
Ölkədə təmassız ödəniş kartlarının sayı 1,2 milyonu keçib
Sentyabrın 30-na ölkə üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 16 faiz artaraq 7,5 milyon ədəd təşkil edib. Hesabat dövründə təmassız kartların da sayında ciddi artım müşahidə olunub. Sentyabrın 30-u tarixinə ölkə üzrə təmassız ödəniş kartlarının sayı 1,2 milyonu keçib.
Respublikadakı bankomatların sayı artıb
Sentyabrın 30-na ölkə üzrə bankomatların sayı 2.654 ədəd olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 114 ədəd çoxdur.
Mərkəzi Bankdan bildirilib ki, bankomatların 1.407-si Bakıda, 1.247-si isə digər şəhər və rayonlardadır.
Neftin ucuzlaşması davam edir
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,66% azalaraq 1 barelə görə 61,61 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,26% azalaraq 56,51 dollar təşkil edib.