Bakıda avqust ayında kirayə mənzillərin qiymətində 0,36 faiz artım baş verib.
Bu barədə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
Bakıda avqust ayında kirayə mənzillərin qiymətində 0,36 faiz artım baş verib.
Bu barədə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
EY Azərbaycan şirkəti ABB və bp-nin maliyyə dəstəyi ilə növbəti “EY İlin İş Adamı” proqramına start verdiyini elan edib. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları artıq öz ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2021-ci ilin sentyabrın 21-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, 1 Rusiya rublu 0.0232 manat təşkil edib. 1 avro 1.9944 manat, 1 türk lirəsinin məzənnəsi isə 0.1961 manat səviyyəsində müəyyənləşib.
Monetar şərait antiinflyasiya xarakteri daşımaqdadır. Dövlət qiymətli kağızların gəlirliyi və banklararası bazarda faiz dərəcələri azalmaqda davam edir. Kredit və depozitlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik müşahidə edilmir. İnflyasiyanın yüksəlməsi şəraitində nominal faizlərin dəyişməz qalması real faizlərin azalmasını şərtləndirir.
Azərbaycanda qiymətli kağızlarla marja ticarətinin təşkilinə dair yeni tələblər müəyyənləşib.
Bu, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiqlənən “Marja ticarəti Qaydası”nda əksini tapıb.
Sosial şəbəkələrdə repetitorluqla məşğul olan müəllimlərin gəlirdən xərclər çıxıldıqdan sonra qalan məbləğin 20 faizini vergi kimi ödəyəcəkləri barədə məlumatlar yayılıb.
Mövzu ilə əlaqədar Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov repetitor fəaliyyəti göstərənlərin hər zaman vergiyə cəlb olunduqlarını bildirib.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycandan Rusiyaya dəmir yolu vaqonları ilə alma və pomidor tədarükünə dair icazə 2022-ci ilin aprelin 1-dək uzadılıb.
Qarabağda arıçılığın inkişafı və məhsulun bol olması balın qiymətinə də təsir edəcək. Belə ki, gələcəkdə balın qiymətinin aşağı düşməsi gözlənilir
Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
Kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər çərçivəsində Mərkəzi Bankın (AMB) İdarə Heyətinin 31.08.2021-ci il tarixli Qərarı ilə “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası” və “Marja ticarəti Qaydası” təsdiq edilib və 16.09.2021-ci il tarixindən qüvvəyə minib.
AccessBank Lənkəran filialında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar tender elan edir.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər.