Latviyanın Ədliyyə Nazirliyi ikidilliliyi məhdudlaşdıran qanun üzərində işləyir.
Bu barədə ölkənin ədliyyə naziri Yanis Bordans bildirib.
Latviyanın Ədliyyə Nazirliyi ikidilliliyi məhdudlaşdıran qanun üzərində işləyir.
Bu barədə ölkənin ədliyyə naziri Yanis Bordans bildirib.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2022-ci ilin avqustun 15-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 avro 1.7426 manat, 1 Rusiya rublu isə 0.0277 manat, 1 türk lirəsinin məzənnəsi isə 0.0947 manat səviyyəsində müəyyənləşib.
Azərbaycan Mərkəzi Bankında (AMB) Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi yaradılıb.
Bu barədə quruma istinadən xəbər verilir.
Ölkənin aparıcı banklarından biri olan Yelo Bank-ın nizamnamə kapitalındakı iştirak strukturunda dəyişiklik edilib. Belə ki, Yelo Bank-ın Müşahidə Şurasının sədri Marina Kulişova “Topaz Investments Limited” MMC-nin səhmlərini alaraq mövcud payını artırıb. Nəticədə Marina Kulişovanın səhm payı 98.91%-ə çatıb. Bununla yanaşı, Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov da artıq səhmdarlar sırasında yer alıb. İsgəndər Xəlilovun səhm payı isə dəyişilməz olaraq qalır.
Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur.
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1 min 679,3 kq qızıl hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 18,4% azdır.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Azərbaycan Sahibkarlığın İnkişafı Fondu regionlarda turizm sahəsində biznes klasterlərinin inkişafına maliyyə dəstəyi göstərir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.
Bu il fəaliyyətinin 30-cu ildönümünü qeyd edən, bank sektorunda dayanıqlılığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini bu illər ərzində qoruyub saxlayan TuranBank xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirərək yeni Abşeron filialını müştərilərin istifadəsinə vermişdir. Baş tutan rəsmi açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak etmişdir.
Bu ilin iyul ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər iyun ayına nisbətən 2,74 % artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,52 % azalıb.
Bu barədə “MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Mülkiyyətində yaşayış sahəsi olan fiziki şəxslər tərəfindən alınan ipoteka krediti şərtlərinin sərtləşdirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlar yanlışdır.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ipoteka kreditlərinin tənzimlənməsi ilə bağlı mətbuatda gedən məlumatlara dair açıqlamasında bildirilib.