Banco.az | Tezliklə

İraq OPEC-dən çıxmağı nəzərdən keçirir

Müəllif:Mehin Qasımova,Banco.az 

İraq OPEC tərəfindən ölkəyə daha yüksək neft hasilatı kvotası ayrılmayacağı təqdirdə təşkilatdan çıxmağı nəzərdən keçirə bilər.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İraqın yüksək vəzifəli rəsmilərindən biri məlumat verib.

Azərbaycanca

Azərbaycanda "Maliyyə icarəsi haqqında" qanun qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib.

Banco.az xəbər verir ki, sənəd maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.

Azərbaycanca

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

Azərbaycanda banklar və bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə olunması qaydalarına dəyişiklik edilib.

Azərbaycanca

Bu gün qısa iş günüdür

Azərbaycanda iyunun 26-da Silahlı Qüvvələr Günü qeyd olunacaq. Qanunvericiliyə uyğun olaraq, bu tarix qeyri-iş günü hesab edilir.

Banco.az xəbər verir ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günündən əvvəlki iş gününün müddəti bir saat qısaldılır. Bu səbəbdən iyunun 25-i ölkədə qısa iş günü kimi tətbiq olunur.

Azərbaycanca

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində magistratura səviyyəsində "Kompüter elmləri" ixtisası üzrə "Süni intellekt" istisaslaşması açılacaq.

Bu barədə BDU məluamt yayıb.

Azərbaycanca

Müştərilərin hesab balansları bərpa edildi - ABB-dən açıqlama

ABB dünən bəzi müştərilərin kart hesablarında yaranmış vəziyyətlə bağlı açıqlama yayıb.

Banco.az  xəbər verir ki, bankın sosial media səhifələrində yayılmış açıqlamada deyilir ki, dünən bəzi müştərilərin kart hesablarında yaranmış müvəqqəti texniki məsələ tam aradan qaldırılıb. Hesab balansları bərpa olunub və bütün xidmətlər normal rejimdə fəaliyyət göstərir.

Azərbaycanca

Sığorta şirkətlərinin ödənişlərinin məbləğinə görə renkinqi (2026, yanvar-may)

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin 2026-cı ilin yanvar-may ayları üzrə yığımlarının və ödənişlərinin məbləğini açıqlayıb. İlk 5 ayda şirkətlərin sığorta ödənişlərinin məbləği 409.6 milyon manata bərabər olub.

Azərbaycanca

Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi

Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir, gənclərin innovativ ideyalarını real həllərə çevirmək məqsədilə həyata keçirdiyi “Spark Tələbə İnnovasiya Proqramı”nı uğurla yekunlaşdırıb.

Azərbaycanca

AMB: Xüsusi tənzimləmə rejiminin üçüncü dövründə iştirak üzrə müraciətlərin qəbulu başlayıb

İnnovativ maliyyə məhsul və xidmətlərinin Mərkəzi Bankın nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin üçüncü dövründə iştirakla bağlı müraciətlərin qəbulu başlayıb.

Azərbaycanca

Sığorta şirkətlərinin yığımlarının məbləğinə görə renkinqi (2026, yanvar-may)

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin 2026-cı ilin yanvar-may ayları üzrə yığımlarının və ödənişlərinin məbləğini açıqlayıb. İlk 5 ayda sığorta yığımlarının məbləği 732 milyon 633 min manata bərabər olub.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »