Banco.az | Tezliklə

Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonuna ölkənin cari əməliyyatlar hesabının profisitinin 6,1 milyard ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

Azərbaycanca

"PAŞA Sığorta" avqust ayında 18 milyon manatdan çox sığorta ödənişi edib

"PAŞA Sığorta" 2026-cı ilin avqust ayında müştərilərinə müxtəlif sığorta hadisələri üzrə ümumilikdə 18 milyon manatdan çox məbləğdə ödənişlər həyata keçirib. Şirkət ay ərzində minlərlə avtonəqliyyat hadisəsi üzrə 10.072.958 ₼, yüzlərlə əmlak hadisəsi üzrə 959.525 ₼ məbləğində sığorta ödənişi edib. Qeyd edək ki, ödənişlər həm icbari, həm də könüllü sığorta müqavilələri əhatə edib.

Azərbaycanca

Azərbaycan dövlət istiqrazlarının müddətini uzadacaq

Azərbaycan qarşıdakı illərdə dövlət borcu portfelinin diversifikasiyasını davam etdirəcək və dövlət istiqrazlarının müddətini uzadacaq.

Bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində “Beynəlxalq maliyyə əməkdaşlığı: Artım üçün tərəfdaşlıqların qurulması” mövzusunda keçirilən sessiyada çıxışı zamanı maliyyə naziri Sahil Babayev bildirib.

Azərbaycanca

Beynəlxalq brokerlər "Bakı Fond Birjası"na məsafədən üzv ola biləcək

"Qiymətli kağızlar bazarı haqqında" yeni qanun beynəlxalq brokerlərə "Bakı Fond Birjası" QSC-yə məsafədən üzv olmağa imkan verəcək.

Bunu Birjanın İdarə Heyətinin sədri Ruslan Xəlilov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Azərbaycanca

iPhone 18 Pro: Mağazalarda qiymətlər nə qədərdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çoxdan gözlənilən iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin Azərbaycanda rəsmi satışına start verilib. Artıq bir çox mağazadan bu modelləri əldə etmək mümkündür. 

Azərbaycanca

Azərbaycana turist axını 8%-ə yaxın azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 191 ölkədən 1 milyon 586 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Azərbaycanca

Xankəndi və Naxçıvan şəhərlərinin marşrutları “brutto müqavilə” sisteminə qoşulub

Sərnişindaşımanın keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun təşkili və sərnişin məmnunluğunun artırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində artıq Xankəndi və Naxçıvan şəhərlərində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətləri “brutto müqavilə” modelinə keçirilib. Növbəti mərhələdə Gəncə şəhərindəki müntəzəm marşrut xətləri bu sistemə inteqrasiya olunacaq.

Azərbaycanca

Azərbaycan 2026-cı ildə tranzit yükdaşımalarının 16 milyon tona qədər artacağını gözləyir

2026-cı ildə Orta Dəhlizlə yükdaşımaların həcminin təxminən 5,5 milyon ton təşkil edəcəyi proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) deyib.

Azərbaycanca

"London Fond Birjası" Azərbaycan şirkətlərini beynəlxalq bazarlara çıxarmaq istəyir

"London Fond Birjası" Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışını müzakirə edir.

Bunu Birjanın Avropa üzrə rəhbəri Ayuna Nechaeva Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Azərbaycanca

Dünyanın ən böyük 10 xarici investoru

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə çoxmillətli şirkətlər əvvəlki illə müqayisədə 2,2% artımla 1,3 trilyon dollardan çox yeni xarici investisiya elan ediblər. Ən böyük investisiya öhdəlikləri yarımkeçirici zavodları, məlumat mərkəzləri, enerji və digər əsas infrastruktur layihələrinə yönəlib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »