Banco.az | Tezliklə

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğdə edilən həm birdəfəlik, həm də taksit ödənişlərinə əlavə 5% bonus təqdim olunur.

Azərbaycanca

Expressbank Palo Alto təhlükəsizlik avadanlıqlarının lisenziyasının uzadılması ilə bağlı tender elan edir

Expressbank ASC Palo Alto NGFS 1410 Təhlükəsizlik Ekranı (Firewall) avadanlığının lisenziyasının 3 il müddətinə uzadılması ilə bağlı tender elan edir.

Maraqlanan şirkətlərdən qiymət təkliflərini 4 tərəfdən imzalanmış və möhürlənmiş bağlı zərfdə təqdim etmələri xahiş olunur. Zərfin üzərində “TENDER” sözü qeyd edilməlidir.

Azərbaycanca

“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir

Payız aylarında maliyyə ehtiyaclarını qarşılamaq istəyən müştərilər “Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyasından yararlana bilər.

Kampaniya müştərilərə ehtiyac duyduqları maliyyə vəsaitini daha əlverişli şərtlərlə əldə etmək imkanı verir.

Azərbaycanca

Vüqar Bayramov: "Məşğul əhalinin 65 %-i əmək müqaviləsi olmadan çalışır"

Azərbaycanda məşğul əhalinin 65 %-i əmək müqaviləsi bağlamadan fəaliyyət göstərir.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "2027-ci il dövlət büdcəsi haqqında"qanun layihəsinin müzakirəsi zamanı deyib.

Azərbaycanca

Azərbaycandakı yük daşıyıcıları ƏDV və mənfəət vergisi yükündən azad ola biləcək

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində ölkə daxilində yük daşınması ilə məşğul olan hüquqi və fiziki şəxslərin əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi yükündən azad olması nəzərdə tutulur.

Bunu ATV-nin "İqtisadi zona" verilişinin efirində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev bildirib.

Azərbaycanca

Ev təsərrüfatlarına kredit qoyuluşları 20 mlrd. manata yaxınlaşıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin 1 oktyabr tarixinə ev təsərrüfatlarına kredit qoyuluşu 19 milyard 910 milyon manat təşkil edib.

Azərbaycanca

ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlara da geri ödəniş olacaq

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən, əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər.

Banco.az xəbər verir ki, bunu ATV-nin "İqtisadi zona" verilişinin efirində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev bildirib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous …
15 16 17 18 19 20 21 22 23 …
last »