Azərbaycanda kommunal sahədə xidmətlər göstərən qurumlar fəaliyyətlərinin təmin edilməsi məqsədilə bəzi məlumatları (sənədləri) real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə “Vahid Kommunal Xidmətlər” altsistemindən əldə edə biləcəklər.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə"də öz əksini tapıb.
