Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA və ya əvvəlki “Azəravtoyol” ASC) işçiləri son bir ildə azalıb.
Banco.az xəbər verir ki, dövlət agentliyinin işçiləri 2025-ci ilin 1 yanvarına 13 719 nəfər olub. Bu da 2024-cü ilin əvvəli ilə müqayisədə 904 nəfər və ya 6.1 faiz azalmadır.
