Banco.az | Tezliklə

Bakıda iki müntəzəm marşrut üzrə avtobuslar yenilənir

Metronun "20 Yanvar" stansiyasını Xocəsən qəsəbəsi ilə əlaqələndirən 102 nömrəli və Bahar qəsəbəsini metronun "Qara Qarayev" stansiyası ilə əlaqələndirən 191 nömrəli marşrut avtobusları yenilənir.

Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA)  xəbər verir.

Azərbaycanca

Nərgiz Əliyeva: “Daxili audit sadəcə yoxlama deyil”

May ayı dünyada Daxili Audit Ayı kimi qeyd olunur. Unibank KB Daxili Audit Departamentinin direktoru Nərgiz Əliyeva ilə müsahibədə bankın fəaliyyətində daxili auditin rolu və imkanları haqqında danışdıq.

Azərbaycanca

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Banco.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu büdcə xərclərinin inzibati təsnifatına daxil edilib.

Azərbaycanca

Azərbaycanda bu il "Dayanıqlı Sığorta üzrə Fəaliyyət Planı" hazırlanacaq

Azərbaycan Mərkəzi Bankı tərəfindən bu il sığorta sektorunda dayanıqlılığın gücləndirilməsi üçün Dayanıqlı Sığorta üzrə Fəaliyyət Planının hazırlanması planlaşdırılır.

Mərkəzi Bankın “Dayanıqlı Maliyyə Hesabatı”na görə, AMB 2026-cı il üzrə dayanıqlı maliyyə sahəsində Yol Xəritəsinin icrasına dair strateji hədəflərini müəyyən edib.

Azərbaycanca

Dövlət Gömrük Komitəsinin avtomobili ucuz qiymətə satışa çıxarılır – Hərrac

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 23 iyun 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Azərbaycanca

Azərbaycan Mərkəzi Bankında qadın işçilərin payı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə Azərbaycan Mərkəzi Bankında (AMB) qadın işçilərin xüsusi çəkisi 38,1% təşkil edib. Bu 2024-cü illə müqayisədə 1 faiz bəndi çoxdur. 2023-cü ilin eyni dövründə bu göstərici 34,7% təşkil edirdi.

Azərbaycanca

Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı (AMB) üç elektron pul təşkilatının lisenziyasını ləğv edib.

Bu barədə AMB-dən bildirilib.

Azərbaycanca

Bank of Baku qan donorluğunun əhəmiyyətini vurğulayıb – qanvermə aksiyası keçirib

Biznes fəaliyyətində korporativ sosial məsuliyyəti də daima diqqətdə saxlayan Bank of Baku növbəti könüllü qanvermə aksiyası həyata keçirib.

13 may tarixində Bank of Baku-nun Səhiyyə Nazirliyi Respublika Qan Bankı ilə birgə əməkdaşlığı çərçivəsində baş tutan aksiya talassemiya, hemofiliya və digər qan xəstəlikləri olan insanlara dəstək məqsədi daşıyıb.

Azərbaycanca

Azərbaycan bankları ötən il 344 milyon manat yaşıl kredit verib

Müəllif: Gülnar Əhmədli, Banco.az

COP29 çərçivəsində Azərbaycanın bank sektoru 2030-cu ilə qədər dayanıqlı və yaşıl layihələrə 2 milyard manat ayırmağı planlaşdırmışdır. Bunun nəticəsi olaraq, 2025-ci ildə artıq yaşıl və dayanıqlılıqla əlaqəli layihələrə müvafiq olaraq, 344 milyon və 27 milyon manat vəsait ayrılıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »