Banco.az | Tezliklə

Azərbaycanla daha bir ölkə arasında viza rejimi ləğv edilir

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Banco.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Azərbaycanca

Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Unibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində “Xarici Ticarətin Maliyyələşdirilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Azərbaycanca

Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda!

8–10 oktyabr tarixlərində III Beynəlxalq Aqro Biznes Forumu keçirilib. Tədbirin baş sponsoru "Ziraat Bank Azərbaycan" ASC olub.

Aqrar sektorun inkişafı, maliyyələşdirmə imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunan forum dövlət qurumlarının, maliyyə institutlarının, yerli və xarici şirkətlərin nümayəndələrini bir araya gətirib.

Azərbaycanca

"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək

Noyabrın 16-da "PAŞA Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banco.az  xəbər verir ki, yığıncaq müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən olacaq.

Azərbaycanca

Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir.

Azərbaycanca

Mərkəzi Bank kreditlərin verilməsi qaydalarını dəyişib

Azərbaycan Mərkəzi Bankı (AMB) banklarda kredit risklərinin idarə edilməsi, aktivlərin təsnifləşdirilməsi və istehlak kreditlərinin verilməsi ilə bağlı qaydalara dəyişiklik edib.

Bununla bağlı AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Azərbaycanca

9 ayda istehlakçılara 157 mln. manatdan çox ƏDV geri qaytarılıb

Bu ilin yanvar – sentyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanx

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »