Müəllif - Fərid İslamov - Banco.az
Böyük Britaniya Xarici İşlər Nazirliyi Ukraynaya 142 milyon funt sterlinq ($193 milyon) maliyyə yardımı ayıracağını açıqlayıb.
Böyük Britaniya hökumətinin cümə günü yaydığı mətbuat açıqlamasına görə:
-
100 milyon funt ($136 milyon) su təchizatı və isitmə sistemlərinin bərpasına sərf olunacaq
-
42 milyon funt ($57 milyon) isə elektrik şəbəkələrinin təmirinə və enerji infrastrukturu mühafizəsinin yaradılmasına yönəldiləcək
