Banco.az | Tezliklə

Dünya bazarında neft ucuzlaşıb

Neft qiymətləri əvvəlki sessiyada demək olar ki, üç həftənin ən yüksək səviyyəsinə qalxdıqdan sonra çərşənbə axşamı səhər ucuzlaşır.

Banco.az xəbər verir ki,  Brent markalı oktyabr fyuçersləri Londonun ICE Futures birjasında 0,29 dollar (0,42%) ucuzlaşaraq bir barel üçün 68,51 dollar olub. Bazar ertəsi Brent markalı neftin barreli 1,07 dollar (1,58%) artaraq 68,80 dollar olub.

Azərbaycanca

Azərbaycan Sığortaçılar Assosiasiyasının rəsmi açıqlaması

Bildiyiniz kimi, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda şiddətli yanğın hadisəsi baş vermişdir. Hadisə ciddi zərərlə nəticələnmişdir. Təəssüflə qeyd etmək istəyirik ki, məhz bu kimi hadisələr sığorta xidmətlərinin vacibliyini bir daha ön plana çıxarır.

Azərbaycanca

Mask "Apple" və "OpenAI" şirkətlərinə qarşı iddia qaldııb

Müəllif:Mehin Qasımova,Banco.az

İlon Mask "Apple" və "OpenAI" şirkətlərinə qarşı iddia qaldırıb.

Azərbaycanca

ABŞ Çini 200 faiz vergi ilə təhdid edib

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Tramp Cənubi Koreya prezidenti Li Jae Myung ilə Oval kabinetdə keçirdiyi görüşdə mətbuat mənsublarına Çinlə bağlı qiymətləndirmələr edib.

Azərbaycanca

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp rəqəmsal xidmətlərə vergi tətbiq edən ölkələr bu təcrübələri aradan qaldırmasalar, onlara əlavə vergilər tətbiq edəcəyini və yüksək dərəcədə qorunan ABŞ texnologiyası və çiplərinin bu ölkələrə ixracına məhdudiyyətlər qoyacağını açıqlayıb.

Azərbaycanca

Rəsmi valyuta məzənnələri - 26.08.2025

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

2025-cü il avqustun 26-na ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

1 EUR - 1.9774 manat            

Azərbaycanca

Azərbaycanda istehlakçı müraciətləri 16 % artıb

Bu ilin yanvar-iyul aylarında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət fəaliyyəti ilə əlaqədar Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 4 184 müraciət daxil olub.

 Dövlət Agentliyi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.

Azərbaycanca

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

Avqustun 25-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 26,5-27 manat civarında dəyişib.

Azərbaycanca

Azərbaycanın qaz kəmərlərindən əldə etdiyi gəlirlərin həcmi açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 359 156,6 min manat təşkil edib, bu da, demək olar ki, ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında sözügedən göstərici 1 359 813 min manat səviyyəsində olub.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »