Banco.az | Tezliklə

Azərbaycan ilk dəfə olaraq Özbəkistana elektrod ixracına başlayıb

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC ilk dəfə olaraq Özbəkistana elektrod ixracına başlayıb.

Şirkət tərəfindən bu ölkəyə ümumilikdə 200 ton həcmində məhsul göndərilməsi nəzərdə tutulur. Bu, həmçinin Azərbaycanın Özbəkistana ilk elektrod ixracıdır.

Azərbaycanca

Azərbaycanda kompüterlərdə “ChatGPT”nin payı ardıcıl olaraq 4-cü aydır ki, azalır

Bu ilin avqust ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) “chatbot”u olan “ChatGPT”nin bazar payı 94,58 % təşkil edib.

Bu, iyul ayına nisbətən 1,52 faiz bəndi azdır.

Azərbaycanca

Gömrük xətti ilə büdcə daxilolmaları 200 mln. manatdan çox azalıb

2025-ci ilin yanvar-avqust aylarında gömrük xətti ilə büdcə daxilolmaları 4 160,6 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi xəbər verir ki, bu mənbədən daxilolmalar proqnozdan 1.9% az icra edilib.

Azərbaycanca

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

2025-ci ilin 8 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.

Azərbaycanca

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Pulunuz “Mücrü”də güvənlə artsın.

Minimum 300 AZN yerləşdirməklə Expressbankda şəxsi “Mücrü” hesabınızı açaraq əmanətinizə illik 10.5% artım əldə edə bilərsiniz.

Azərbaycanca

Azərbaycanda pul bazası 3%-ə yaxın artıb

Azərbaycanda pul bazası bu il sentyabr ayının 1-nə 21 milyard 121.8 milyon manata bərabər olub.

Azərbaycanca

Azərbaycan Kredit Bürosu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) rəsmi tərəfdaşıdır.

Azərbaycan Kredit Bürosu (AKB) 31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) rəsmi tərəfdaşıdır. 

Azərbaycanca

Həyati təhlükə yaradan beyin ödeminin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

Beyin ödemi –beyin toxumaları və toxumaarası sahələrdə maye toplanması nəticəsində yaranan və kəllədaxili təzyiqin artması ilə müşahidə olunan ciddi patoloji vəziyyətdir. Bu proses beyin hüceyrələrinin fəaliyyətini pozur, sinir sisteminin işini zəiflədir və həyati təhlükə yarada bilir. Beyin ödemi müxtəlif səbəblərdən – kəllə-beyin travmaları, insult, beyin şişləri, infeksion xəstəliklər, hipoksiya (oksigen çatışmazlığı), həmçinin metabolik pozuntular və yüksək təzyiqin təsiri fonunda meydana çıxa bilər.

Azərbaycanca

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

2025-ci il sentyabr ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 249.4 milyon ABŞ dolları təşkil edib.

Azərbaycanca

Azərbaycanda nağdsız ödənişlərin həcmi 55 mlrd. manatı ötüb

2025-ci ilin yanvar-iyul ayları ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 55,2 milyard manat təşkil edib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »