Bank sektorunda peşəkar kadrların yetişdirilməsinə töhfə vermək məqsədi ilə təşkil olunan Yelo Bank-ın “Summer Challenge” yay təcrübə proqramı bu il də uğurla başa çatdı. Proqram çərçivəsində 55 seçilmiş gənc iştirakçı Bankın müxtəlif departamentlərində real iş mühiti ilə tanış olaraq, peşəkar mütəxəssislərin mentorluğu altında praktiki bilik və bacarıqlar əldə etdi.
Yelo Bank-ın “Summer Challenge” yay təcrübə proqramı uğurla yekunlaşdı